Kişilər necə ətirləri sevir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 823
Səs ver:
(səs: 5)
Qadınlar adətən ətir seçərkən öz xoşlarına gələn ətirlərə üstünlük verirlər. Ancaq kişilərin qoxu qəbul etməsi qadınlardan fərqlidir. Kişilərin bəyəndikləri qoxular sizin və onun xarakteri vasitəsilə də formalaşa bilər. Buna görə sizin bəyəndiyiniz bir qoxunun ona itələyici gəlməsi də mümkündür. Əgər sevdiyiniz insanın, sevgilinizin və ya həyat yoldaşınızın xoşuna gələcək bir ətir axtarırsınızsa, doğru qərarı bir neçə parametrə görə müəyyən edə bilərsiniz.
Həyat yoldaşınızın xarakteri və sizin xarakterinizin bir-birinə yaxın olduğunu nəzərə alsaq, hər ikinizin də orta məxrəcə gəlib bir ətir tapa bilməyiniz çox vacibdir. Romantik  gecə keçirməyi sevən cütlüklə idmanı, təbiəti dolaşmağı  sevən cütlüyün istifadə edəcəyi ətirlər bir-birindən çox fərqli olurlar.
Təbiətə bağlı bir həyat yoldaşınız varsa, müxtəlif növ çiçəklərdən hazırlanan xəfif ətirlərə üstünlük verə bilərsiniz, idmanı sevən bir həyat yoldaşınız varsa, çox ağır olmayan, ancaq dəniz qoxusunu andıran ətirlər istifadə edə bilərsiniz.
 
Təbii ki, sıx-sıx rəsmi axşam yeməklərinə gedən, əyləncə məkanlarında tez-tez görünən cütlüyün bir az daha tünd, yorucu olmayan, ancaq ədviyyatlı ətirlərə üstünlük vermələri yerində verilmiş bir qərar olar. Çünki bu tip məkanlardakı ağır hava ətrinizin daha çətin fərq edilməsinə səbəb olacaq. Tünd ətir açıq havada istifadəyə yararlı olmasalar da, sıx yerlərdə idealdır.
Son zamanlarda şəkərli adlandırdığımız bəzi ətirlər çox məşhurdur. Bu ətirlərin çöl gəzintilərində, şəhərdən kənardakı xırda ziyafətlərdə istifadəsi mümkündür.
Ancaq hansı ətir növünü istifadə edəcəyinizi bilsəniz belə, o növün hansı məhsulunun sizə uyğun olduğunu anlamaq üçün çoxlu sınaq aparmalısınız. Çünki hər ətir növü fərqli bədənlərlə uyğunlaşa bilər və sizə uyğun olmayan növü  seçsəniz, nəticə ürəkaçan olmayacaq.
Ətir almağa gedərkən dərinizin təmiz olduğundan və çox qoxulu şeylər yemədiyinizdən əmin olun. Bir neçə sınaqdan sonra burnunuz yorulacaq. Bu zaman qısa fasilə verin. Bundan sonra dərinizi təmiz su ilə yuyub doğru ətir axtarmağa davam edə bilərsiniz.
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 5 823
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri