Ətiri bədənimizdə haralara sıxmalıyıq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 838
Səs ver:
(səs: 2)
Ətiri bədənimizdə haralara sıxmalıyıq?
Ətirinizi daha qalıcı hala gətirmənin bir başqa yolu da ətiri hara uyğun vura bilmənizdir. Nəbzin atdığı yerlər ətirin qalıcılığını və gözəl qoxunu dəstəkləyən ən yaxşı yerlərdir. Biləklər, boyun, sinə arası, qulaq arxası və diz araları daha isti və nəmli bölgələr olduğu üçün ətiri bu bölgələrdə istifadə edilməlisiniz

Quru dəridə daha qısa dayanır
Ətiri dərinizə görə seçməniz lazımdır. Ona göre ki, ətirin nə qədər qalıcı olduğunu məhz o zaman biləcəksiniz. Ətiri daha uzun vaxt saxlayan yağlı dərilərə sahib olanlar bu mövzuda şanslıdırlar. Lakin, quru dəriyə sahib olanlar üçün biraz fərqlilik var. Quru dərilər ətiri öz bədənlərində saxlamadıgı üçün ətirdən sıx aralıqda istifadə etməlidirlər.

Yoxlamadan almayın
Ətir seçərkən diqqət etməniz vacib olan ən önəmli şeylərdən biri, ətiri bədəninizin necə qarşılayacağıdır. Hər ətiri sadəcə moda olduğu üçün almamalısınız. Ətirin teninizə nə qədər uyğun olduğunu, qoxunun dəyişib dəyişmədiyini bilmək üçün yoxlayaraq alın. Ətiri yoxlayın daha sonra 3-4 saat keçməsini gözləyin , lazım olarsa 1 gün ara verin . Bu təcrübə sizin düzgün ətir seçmənizi asandlaşdıracaq.

Qoxunu yoxlayarkən diqqət...
Ətir seçərkən sadəcə 3 dənə qoxu yoxlayın. Çünki, 3 qoxudan sonra bütün qoxular bir-birinə qarışar. Öz ətrinizə qərar verən zaman əvvəlcə ətiri biləyinizin iç tərəfinə birazca sıxın və üstündən 10 dəqiqə keçməsini gözləyin. Bu vaxt nəticəsində spirt buxarlanar və bədənin kimyasıyla uyğunlaşaraq öz gərçək qoxusunu üzə çıxarar.

Ətrinizi soyuducuda saxlamaq daha cox uzun müddət istifadəsini qoruyar. Buna görədə qaranlıq sərin yer seçməniz məsləhətdir.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 838
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri