Ən yeni payız ətirləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 256
Səs ver:
(səs: 3)
Qoxular qadın zərifliyini vurğulayan ən gözəl vasitədir. Hər bir xanım bilir ki, ətri mövsümə uyğun seçmək lazımdır. Qoxuları ilə qadınları ovsunlayan məşhur brendlər bu il payız üçün yeni ətirlər təqdim ediblər.

"Michael Kors” ­ "Rose Radiant Gold”
Üst notlarında ədviyyat, orta notlarında çiçək, alt notlarında pudra qoxusu olan bu ətir seksuallığı ön plana çəkir.

"Jo Malone” ­ "Mimosa & Cardamom”
Moda dünyasını fəth edən bohem axımı ətirlərə də öz təsirini göstərdi. "Mimosa & Cardamom”un üst notunda hil, orta notunda mimoza çiçəyi, alt notlarında isə hind paxlası var. İstiqanlı xanımlar üçün uyğundur.

"Penhaligon's” ­ "Halveti”
"Penhaligon’s” markasının yeni ətri adını Fərat çayının yaxınlığında bitən və çox nadir tapılan qara güllərdən alıb. Üst notlardakı qreypfrut, berqamot və yaşıl çay, orta notlardakı lavanda, hil, kokos, zəncəfil, darçın, alt notlardakı gül, yasəmən və vanil sirli və ovsunlayıcı bir qoxu meydana gətirib. Qoxunuzla yadda qalmaq istəyirsinizsə, mütləq sınaqdan keçirin.

"Gucci” ­ "Bamboo”
"Bamboo”da səndəl ağacı, vanil, əmbər, zanbaq, portağal çiçəyi və ilanq-ilanq qoxuları birləşərək payıza uyğun diqqətçəkici ətir meydana gətirib. Müasir, zərif, özünə inamı olan qadınlar üçün ideal ətir hesab edilir

"Kenzo” ­ "Flower by Kenzo L'Elixir”
2010-cu ildə yaradılan "Flower by Kenzo” seriyasının yeni ətri "Flower by Kenzo L'Elixir”in üst notlarında moruq və naringi var. Bolqar gülü və portağal çiçəyi ətrin orta notlarını təşkil edir. Alt notlarda isə vanil və "Kenzo”nun imzası halına gələn pudra qoxusu çıxır. Çiçək qoxularını sevən qadınlar markanın bu ətrini sınaqdan keçirə bilərlər.

"Bulgari” ­ "Goldea”
Əsasən, pudra qoxusunun hiss edildiyi ətrin notlarında yasəmən, berqamot, ilanq-ilanq, portağal çiçəyi qarşımıza çıxır. Kleopatradan ilham alınaraq hazırlanan və "Qızıl ilahə” mənasını verən "Goldea” oriental qoxuları sevən qadınların sevimli ətrinə çevriləcək.
Qeyd edək ki, "Goldea” "Bulgari” tərəfindən bu günə kimi yaradılan ən dəbdəbəli və lüks ətir hesab edilir.

"Miu Miu”
Eynəkləri ilə məşhurlaşan brend bu dəfə ətri ilə qarşımıza çıxır. Brendin ilk ətri çiçək qoxusu ilə açılır, isti qoxularla yekunlaşır. Üst notlarında zanbaq, orta notlarında gül, yasəmən və yaşıl çay, alt notlarında isə isti qoxular var. Əminliklə demək olar ki, "Miu Miu” payızın romantik ab-havasına uyğun ətirlərdən biridir.

"Narciso Rodriguez” ­ "For Her L'absolu”
"Narciso Rodriguez”in 2003-cü ildə çıxardığı "For Her” adlı ətrin yeni versiyası olan "For Her L'absolu” öncəki ətirdən daha dolğun pudra qoxusuna sahibdir. Üst notlarında sünbül və yasəmən olan ətrin ürəyində pudra qoxusu gizlənib. Alt notlarında ortaya çıxan əmbər, səndəl ağacı isə ətirin yaddaqalan olmasını təmin edir.

"Paco Rabanne” ­ "Olympéa”
Yunan miflərindəki Olimpus tanrılarından ilhamlanaraq yaradılan "Olympéa” ehtişamlı qoxusu ilə diqqət çəkir. Üst notlarında yaşıl naringi, su jasmini və zəncəfil çiçəyi, orta notlarında vanil, dəniz duzu, alt notlarında isə səndəl ağacı diqqət çəkir. Şirin çiçək qoxularını sevənlər bu ətrə müraciət edə bilərlər.

Rihanna ­ "RiRi”
Daha öncə "Rouge” adlı ətir çıxaran pop ulduz Rihanna bu dəfə çiçək və meyvə qoxusunun harmoniyasından yaranan "RiRi” adlı parfümü ilə qarşımıza çıxır. Diqqət çəkməyi sevən xanımlar üçün ən ideal ətir olan "RiRi” romantik qoxusu ilə hamının ağlını başından alacaq. Naringi, qarağat, rom ətrin üst notlarını təşkil edir. Orta notlarda yasəmən, portağal çiçəyi, jasmin var. Alt notlarda isə bizi səndəl ağacı, vanil və pudra qarşılayır.
"RiRi” payıza ən çox yaraşan ətirlərdən biridir.

"L'occitane” ­ "Roses Et Reines Jardin Secret”
Brendin yeni ətri olduqca məsum bir qoxudur. Üst notlarında berqamot və quş üzümü diqqət çəkir. Orta notlarda gül, alt notlardakı qara çay və sidr ağacı insanı bihuş edir.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 4 256
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri