Ətir

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 3 212
Səs ver:
(səs: 4)
Yaxşı olar ki, parfüm seçməyə gedərkən, ətirdən istifadə edilməsin, əks halda iylər qarışa bilər. Ətir seçiminə bir neçə gün sərf edilməsi daha yaxşı səmərə verir. Bir səfər zamanı maksimum 3 yeni ətiri sınaqdan keçirmək olar. Əvvəlcə ilk təssürat üçün kağız zolağına bir neçə damcı ətir vurulur. Paralon və ya flakonun qapağını iyləməyə ehtiyac yoxdur. Ətiri vurandan sonra sürtməyə də ehtiyac yoxdur. Çünki sürtünmə molekulları zədələyir və qoxunu dəyişir.

İlk hiss edilən ətriyyatçılar üst notlar adlandırırlar. Bu yüngül və parlaq qoxu ətrin əhval-ruhiyyəsini çatdırır. Üst not cəmi bir neçə dəqiqə qalır. 3-4 dəq. sonra bədənin istiliyindən və dərinin xüsusiyyətlərindən asılı olaraq orta notlar yaranır. Bunlar parfümün ürəyidir. Orta notlar 1 saata qədər qalır. Bundan sonra aşağı notlar yaranır.

Fransız ətriyatçısı Jose Dovun fikrincə ətrin bədənə uyğunluğunu 1 gecə ilə bilmək olar.

Gündəlik ətirlər yumşaq, mərasim üçün nəzərdə tutulanlar isə bihuşedici və dolğun olmalıdır. Ofisə və ya gəzintiyə gedərkən daha çox incə və yüngül ətirlər vurmaq məsləhət görülür.

Ətirləri necə saxlamalı?
Sevimli ətirlərin vaxtından əvvəl korlanmaması üçün bir neçə sadə qaydalara əməl etmək laımdır.

1. Ətir qablaşmada mümkün qədər çox saxlanmalıdır. Flakon həmişə qutuda qalmalıdır.

2. Flakonu işıqlı və nəm yerlərdən uzaq tutmaq lazımdır.

3. Ən yaxşısı, ətir şkafın gözündə saxlanılmalıdır.

4. Qapağı açılmamış ətirlərin istifadə müddəti 3 ildir.

5. Qapağı açılmış ətirlərin istifadə müddəti 6 aydan 18 aya kimidir.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 3 212
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri