Evdə şəraitində dezodorant hazırlanması

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 4 053
Səs ver:
(səs: 1)
Bir çoxumuz dezodorant və ətirləri, müxtəlif kosmetik məhsulları satan dükanlardan alırıq. Lakin bu məhsulların içində bir çox kimyəvi maddə olduğunu qeyd etmək lazımdır. Bu kimyəvi maddələr həssas dərilərdə təhriş edici xüsusiyyətə sahibdirlər. Ayrıca uzun müddət ərzində tənə nüfuz edən ətirin dərini qırıştırdığı bilinməkdədir. Qadinlar.Biz xəbər verir ki, sizlərlə paylaşacağımız sadə tariflər sayəsində evdə dezodorant etmə imtiyazına sahib olacaqsınız.

Evdə yasəmən qoxulu dezodorant
Tərkibi:

Badam yağı (2 xörək qaşığı qədər)
Yasəmən özü (3 damcı)
Talk pudrası (1 xörək qaşığı)

Hazırlanması:
Materialların hamısını bir qabda yığıb bircinsli bir qarışıq əldə edənə qədər qarışdırın. Əldə etdiyiniz xoş qoxulu dezodorant istər kiçik bir sprey şüşəsinə istər normal bir şüşəyə qoya bilərsiniz. Bir neçə damla gün ərzində gözəl iy vermənizi təmin edəcək. Bu dezodorant sayəsində bədəniniz zərər görməz və tər qoxusunun qarşısını alarsınız.

Evdə gül qoxulu dezodorant
Tərkibi:

Etil Spirti (180 ml. Spirti apteklədən əldə edə bilərsiniz)
Gül suyu (30 qram)
Lavanta yağı (4 çay qaşığı)
Qərənfil yağı (25 qram)

Hazırlanması:
İlk olaraq spirtin yarısını ayırın. Ayırdığınız spirtin içinə lavanta yağını və qərənfil yağını əlavə edin və yaxşıca qarışdırın. Ardından bu qarışığın üzərinə spirtin qalanını əlavə edib qarışdırmağa davam edin. Son olaraq 30 qram gül suyunu qarışığa əlavə edin və şüşə bir qaba qoyun. Bu ətir sayəsində möcüzə bir qoxuya sahib olacaqsınız.

Nanə qoxulu təbii dezodorant
Tərkibi:

Təzə Nanə (3 yemək qaşığı)
Alma sirkəsi (2 yemək qaşığı)

Hazırlanması:
Təzə nanəni incə-incə doğrayın. (İstəsəniz robotdan da keçirə bilərsiniz.) Parçaladığınız nanə üzərinə alma sirkəsini əlavə edin və yaxşıca qarışdırın. Bu qarışığı şüşə bir qaba qoyun və ağzını yaxşıca bağlayın. Nanə dezodorantını 1 həftə gözləməniz lazımdır. Ancaq bu şəkildə nanənin kəskin qoxusu ortaya çıxa bilməkdədir. Hər gün dezodorantı çalxalayın və açın. Bu şəkildə 7 gün davam etdikdən sonra nanə ətirli dezodorantınız hazır olacaq.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 4 053
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri