Qoxubilmə
qabiliyyətinizi gücləndirin Ətiri seçmədən əvvəl güclü bir buruna sahib
olun. Bir çox ətirin icadçısı Flores "qoxu alma duyğunuzu nə qədər
gücləndirsəz o qədər güclənər" deyir. Onun ən sevdiyi məşq sahəsi isə
supermarketlərdir. Meyvələri və tərəvəzləri iyləyərək saatlar keçirə
biləcəyini söyləyir. Siz də qoxu alma duyğunuzu inkişaf etdirmək
istəyirsinizsə bir çox məhsulu iyləyərək qoxu alma duyğunuzu inkişaf
etdirə bilərsiniz.
Səbirli
olun Bir saat içində ən çox 3 fərqli qoxunu test edə bilərsən.
Qoxlamadan əvvəl nümunələrin bədənində qurumasına icazə ver.Burnunuz
qədər beyninizlə də qoxluyursunuz və stressli olduğunuzda səhv qoxu
seçmə ehtimalınız çox olur. Doğru bölgəni tapın Metal saat və ya
zərgərlik istifadə etdiyin biləyinə ətir sıxan qadınlar çox vaxt
yanılırlar. Çünki, tərlə qarışdığında bir də ətir vurularsa dəhşət bir
qoxu ortaya çıxar. Təklifi isə qoxunu qolunuzun ön qisiminə vurun. Ətiri
havaya vurub qoxusunu almayın, çünki dərinizdə fərqli bir qoxu meydana
gələ bilər. Ətir haqqında məlumata sahib olun.
Ətir
məzmunundakı hər şeyi bilməyin lazım olan bir qida maddəsi deyil. Çox
çox məlumat normal şərtlərdə bəyənəbiləcəyin bir qoxudan uzaqlaşmana
səbəb olur. Ətir haqqında ümumi bir hiss verən çiçək bir qoxu ya da
yüngül qoxu kimi şərhlərə diqqət yetirməniz kifayətdir. Əmin olmaq üçün
əlbəttə ən yaxşısı test edin.
Qiyməti
nəzərə alın.Bazarda ən sürətli böyümə göstərən ətirlər 200 AZN'nin
üzərində olsa da yüksək qiymət hər zaman yüksək keyfiyyət demək deyil.
Əgər eyni ətir səndə və digərində çox fərqli iy verirsə dəyişməndə fayda
var. Çünki,ətirin hər kəsin cildində fərqlilik göstərdiyi bir şəhər
əfsanəsidir. Sənin ətirin fərqli iy verirsə pozulmuş ola bilər.
Keyfiyyətli məhsullar ardıcıllıq göstərir.