Sevgililər günündə ətir hədiyyə etmək istəyənlər mütləq oxusun!

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 3 568
Səs ver:
(səs: 4)
Sevgililər gününə az bir zaman qalıb. Bütün dünyada sevgililərin sevinclə qarşılaşdığı bu bayrama hazırlaşmağın əsl vaxtıdır. Bayramın sevgilinizin yaddaşında silinməz iz qoyması üçün romantik sürprizlərlə yanaşı, alacağınız hədiyyə də əhəmiyyət kəsb edir.
 
Statistika göstərir ki, bu bayramda sevgililər adətən, bir-birilərinə ətir bağışlayır. Ancaq hər ətri hədiyyə etmək olmaz.
 
Bəs doğru ətri necə tapmaq olar?
Ətriyyatçılar hədiyyə etmək məqsədilə ətir seçilərkən həmin şəxsin dəri rəngini, həyat tərzini və xarakterini nəzər almaq lazım gəldiyini bildirir. Əks halda, hədiyyəniz bəyənilməyəcək.
 
Sarışınlara vanil və zambaq, qumrallara çiçək və ədviyyat, qaraşınlara isə gül və yasəmən qoxusu yaraşır.
 
Sevgiliniz enerjili, ünsiyyətcil, aktiv həyat tərzini sevən insandırsa, ona əsas notlarında meyvə qoxusu olan ətir hədiyyə edə bilərsiniz. Xüsusilə də, sitrus meyvələrinin qoxusu onun xoşuna gələcək.
 
Həssas, təklikdə vaxt keçirməyi sevən sevgiliyə isə zambaq, xanıməli kimi zərif çiçək qoxuları ilə diqqət çəkən ətirlər hədiyyə edilməlidir.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 568
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri