Bəs sizin ətiriniz hansıdır?

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 529
Səs ver:
(səs: 2)
Koko Şanel deyirdi ki, ətir məhz həmin aksesuardır ki, qadının gəlişindən xəbər verir və getdiyi zaman  onu xatırladır. Ətir vasitəsilə qadın individuallığını, xasiyyətini və əhval-ruhiyyəsini ifadə edir. Qadın ətiri kişilərin yaddaşında illər boyu qalır. İllər keçdikdə o qadının nə geyindiyini deyil, necə qoxduğunu xatırlayacaqdır.
Fransızların dediyinə görə, alt paltarı, ayaqqabı və ətir qadın obrazını yaradan ən vacib elementlərdir. Buna görə ətir seçiminə həssaslıqla yanaşmağınız vacibdir. Yer üzündə müxtəlif ətir növləri vardır:
fresh ətirlər – bu təmiz hava, təzə biçilmiş ot və səhər şehinin qoxularıdır;
meyvə ətirləri çiyələk, şaftalı və ya limon qoxusu ola bilər;
gül qoxuları – bağçada yetişən və ya çəmənlikdə bitən güllərin ətri;
şərq ətirləri – şirintəhər, temperamentli qoxular;
Ədviyyat ətiri – ədviyyat qoxusu verən ətirlər;
şipralı ətirlər – ağac, meşə, gül qoxusunu xatırladırlar;
ağac ətirləri, daha çox kişilərin parfüm istehsalına istifadə olunur – bahalı ağac növünün qoxusunu xatırladır.
Bəs bu qədər seçimdən sizin obrazınıza yaraşan və uyğun olan ətri necə seçmək olar?
Hesab olunur ki, qaraşın xanımlara şirin ətirlər, sarışın xanımlara gül ətirləri, bəyaz dərili xanımlar isə meyvə qoxulu ətirlər seçməlidirlər. Şaten xanımlar isə şərq qoxulu ətirləri seçsələr daha yaxşıdır. Lakin unutmayaq ki, ətir seçimində xanımların xasiyyətini də nəzərə almaq vacibdir. Belə ki, güclü, tələbkar xanımlara yadda qalan, kişi ətirlərini xatırladan qoxular uyğundur. Erotik xanımlar şərq qoxularından, romantik və zərif xanımlar isə gül və meyvə ətirlərdindən istifadə etsələr daha yerinə düşər.
Jan Pol Qerlenin sözlərinə görə "Əgər kişi qadına vurulubsa, deməli onun ətir seçimi düzgün olub”. Buna görə ətri qadının kişiləri cəlb etməkdə əsas silahı olduğunu yadda saxlayaq. Unutmayın, meyvə ətirləri kişilərin iştahasını açır, ilanq-ilanqa qoxusu olan ətirlər afrodiziak hesab oluna bilər, yəni ki, kişilərdə ehtiras hissini oyadır. Vanil qoxusu sizi kişilərin gözündə həmişə gənc göstərəcəkdir. Jasmin qoxusu kişilər üçün cəlbedici sayılır. Kişilər arasında aparılan sorğulara görə, qadından piroq,  qızıl gül və istilik qoxusu gəlməlidir.
Ətir almağa gedəndə bir dəfəyə 3 ətirdən artıq ətir qoxulamayın, çünki qoxuları qarışdıra bilərsiniz. Ətri yoxlamaq üçün mütləq dərinizə sürtün və gün ərzində bu ətrin dərinizdə necə "açılmasına” diqqət yetirin. Məhz bu zaman bu mənim ətrimdir deyib düzgün seçim edə bilərsiniz.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 529
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri