İsti günlərdə ətir seçimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 764
Səs ver:
(səs: 0)
Yay aylarında həm ətrafdakıları, həm də özümüzü düşünərək yüngül, təravətli ətirlərin istifadəsi məsləhətdir. Təravətlənmək məqsədi ilə sitrus notları ilə zəngin ətirləri, 20-ci əsrin icadı olan akvatik (dəniz, okean, dağ havası hissini yaradan sintetik notlar) ətirləri, parfumeriyada yaşıl ətirlər adlanan tər yarpaq, yenicə biçilmiş ot qoxusu verən ətirləri seçə bilərsiniz.

Lakin hər nə qədər istifadə etdiyimiz ətir yay mövsümünə uyğun olsa da, parlaq günəş şüaları altında və xüsusilə də çimərlikdə istifadə etmək məsləhət deyil. Ətirlər dərimizin günəş şüalarına həssaslığını artırır, nəticədə dərimizdə günəş yanıqları və piqment ləkələr əmələ gələ bilər. Onsuz da çimərlikdə ətir dəniz suyu ilə yuyulub gedəcək və günəşdən qoruyucu kremlərlə qarışıb qoxusunu dəyişəcək. Yox, sevimli ətrimin qoxusunu duymadan qala bilmərəm deyirsinizsə, çıxış yolu olaraq ətri çimərlik çantanıza və ya pareonuza vura bilərsiniz.

Bundan başqa yayda istifadə edəcəyiniz spirtsiz ətirlər də istehsal olunur, belə ətirlərin üzərində “alcohol free” qeydi olur. Belə ətirlər Bakıda çətin tapılır, nəmləndirici əsasda olurlar və uşaqlara da istifadə üçün uyğun olurlar. Chanel, Dior, Hermes, Tom Ford, Narciso Rodriguez, Oriflame, Avon kimi lyuks və demokratik brendlərin saç üçün ətirli spreyləri olur ki, onların da tərkibində spirt olmur. Belə spreylər ilin bütün fəsillərində istifadə üçün uyğundur.

Öz vanilli, müşklü, paçulili, büxurlu ətirlərindən vaz keçə bilməyənlər də olur yay aylarında. Belə ətir həvəskarları 2 şeyi unutmamalıdırlar: birincisi hər nə qədər isti olursa olsun hava rütubətli olmamalıdır, çünki rütubətli hava müşk və qətranın gözəlliyini məhv edər; ikincisi isə yayda bələ ətirlərin 1 damcısı kifayətdir, dozanı aşmaq baş ağrılarına səbəb ola bilər.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri