Hər ətir dərinizə uyğun olmaya bilər

Müəllif: Pure Love
Şərhlər: 11
Baxılıb: 3 738
Səs ver:
(səs: 0)
Qoxusu xoşunuza gələn ətirlərin dərinizə nə dərəcədə uyğun olub - olmaması vacibdir. Dəri tipinə görə seçilən ətir sayəsində onun qalıcığı daha da artıq olur. Bədənin elə hissələri var ki, o hissələrə ətir vurduqda o daha qalıcı olur, məsələn, qulaq arxası, biləklər, sinə və s. Mütəxəssislərin sözlərinə görə, ətrin ömrünü uzatmaq üçü onu soyuducuda saxlamaq olar. Belə olduqda isə ətirlər həm də daha təsirli olur. Ətir istehsalçılarının sözlərə əsasən, əsmərlərə daha sərt, sarışınlara isə yüngül ətirləri almağı məsləhət görürlər. Ancaq təbii ki, zövq faktoru seçim məsələsində əsas rol oynayır.
Mövsümlər dəyişəndə qarderob da dəyişir. Lakin çoxları parfumu dəyişdirmək haqqında eşitmək belə istəmir. Halbuki, isti və soyuq hava ətrin qoxusunun təsirini azalda və ya çoxalda bilər. Ətir almağa günortadan sonra gedin. Çünki bu zaman insanın qoxu bilmə qabiliyyəti ən üst səviyyədə olur. Dəriniz qurudursa, ətirdən çox istifadə edin. Yağlı dəri ətri özündə daha uzun müddət saxlayır. Maksimum nəticə üçün ətri nəbz olan hissələrə vurun. Parfüm alacağınız gün başqa ətirdən istifadə etməyin. Ətirlər bir-birinə qarışsa, seçim etmək daha da çətin olacaq. Ətri dəriyə vurub 1-2 saat gözləyin. Bu vaxt kəsiyində siz ətrin sizdə necə təsir buraxdığını asanlıqla qərar verə bilərsiniz. Ətri vurandan sonra həmin bölgəni ovmayın. Çünki bu hərəkətiniz ətirdəki molekulların parçalanmasına və qoxunun dağılmasına səbəb ola bilər.
Seçdiyimiz ətirlər bənzərsiz qadın olmaq şansını artırır. Hətta bəzən istifadə etdiyiniz parfumdan asılı olaraq sahibinin xarakterini də müəyyən etmək mümkündür. Ətirlərin qismən də olsa bürclərlə əlaqəsi var. Hər kəsin xarakterinə, öz təbiətinə, düşüncələrinə uyğun ətirlər seçdiyi artıq təsdiq olunmuş faktdır. Ətriyyat seçimi insanin psixologiyası ilə bağlı olduğu kimi, əhval-ruhiyyəsinə də təsir göstərir. Şən, dinamik insanlar gül, çiçək ətirlərinə üstünlük verir. Darçın, zəncəfil, şokolad tərkibli ətirlər insanda depressiyanı aradan qaldırmağa az da olsa kömək edən vasitələrdəndir. Tünd rəngli qarışıqlar aqressivlik rəmzi sayılır. Psixoloqların sözlərinə görə, ətirlərdən istifadə olunması yaşla da sıx əlaqədardır. 20-35 yaş arası qadınlar daha çox cəlbedici, ehtiraslandırıcı tərkibli ətirlərə üstünlük verirlər. Orta yaşdan sonra qadınlar geyimlərinə önəm verdiyi kimi, ətrin də onların yaşına uyğun olmasına diqqət edirlər.

Bəs kişilər ətirlər haqqında nə düşünür?
Qoxular qarşı cinsin diqqətini çəkən gözəgörünməz qüvvədir. Qoxular istəməsək də, hissləri idarə edir. Bu da o deməkdir ki, bəyəndiyiniz kişini qoxular sayəsində də əldə edə bilərsiniz. Hətta elə qoxular var ki, kişiləri ehtiraslandırıb onların cinsəl arzularını oyadır, bəziləri isə qadınlarda xoş arzular və duyğular oyadır. Qoxuların təsirləri elmi araşdırmalarda da təsdiqini tapıb. Qarmaqarışıq insan beyni hər cür qoxuya fərqli reaksiya verir. Hətta baş ağrısını aradan qaldıra da bilir.

Darçın - Hindistan və Şri Lankaya aid olan bu ədviyyat kişilərə ən çox təsir edən qoxular arasındadır. Darçın cinsəl arzuları artırır, afrodizyak özəlliyə malikdir. Darçınlı parfumları yüz illərdir ki, qadınlar kişiləri əldə etmək məqsədilə istifadə edir.

Vanil - Vanil bir çox kosmetikanın tərkibinə qatılan maddədir. Bitkinin tərkibində kişilərin cinsəl arzularını ələ keçirən maddələr var. Necə istifadə edilməsinin fərqi yoxdur: istər şirniyytalar, istər parfum, istərsə də içkilərin tərkibində istifadə edildikdə kişilərə təsir edir. Qədim zamanlarda ereksiya problemi ilə qarşılaşan kişilərə də vanilli içkilər içizdirərmişlər.

Lavanta - Lavanta bitkisindən adətən yuyucu tozların və yumuşadıcıların tərkibində istifadə edilir. Ancaq kişilər lavandanın cəzbedici qoxusu haqqında xəbərsizdilər. Kleopatra Mark Antoni və Yuli Sezarı lavandanın cəzbedici qoxusu sayəsində əldə edib. Yeni evlənən cütlüklər yatağın altına bir dəstə lavanda qoymaqla ehtiraslarını alovlandıra bilərlər.
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 738
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri