Ətir qoxusunun qalıcı olması üçün : 10 ən sadə üsul

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 4 248
Səs ver:
(səs: 1)
Ətir qoxusunun daha uzun müddət və canlı qalmasının bir neçə yolu var. Aile.lent.az xoş qoxunu uzun müddət saxlamağın 10 yolunu təklif edir. Bu məsləhətlərə əməl etsəniz, ətrafdakıların təbəssümünə rast gələrsiniz.

1. Ətirlərinizin qoxusunun uzun müddət qalmasını istəyirsinizsə, onları hamamda, digər nəmli, isti yerlərdə saxlamayın. Bu, ətrin qoxu keyfiyyətini aşağı salacaq.

2. Nəbz nöqtələrinizə ətir sıxmadan əvvəl vazelin sürtün. Krem qoxunu dərinizdə daha çox saxlayacaq.

3. Əgər dəriniz qurudursa, ətirdən əvvəl qoxusuz bədən losyonu sürtməyi unutmayın.

4. Ətri duşdan dərhal sonra və geyinməzdən dərhal əvvəl sıxın. Beləcə, bədəninizdəki nəm qoxunu tutacaq, həm də paltarlarınızda arzuedilməz izlər buraxmayacaq.

5. Ətri sıxdıqdan sonra biləklərinizi bir-birinə sürtməyin. Bu halda qoxunun daha tez uçmasına zəmin vermiş olarsınız.

6. Ətri sıxma yeri olaraq nəbz kimi isti bölgələri seçin. Bunlar biləkləriniz, boynunuz, dirsək içiniz, dizlərin arxası, ayaq biləkləri ola bilər. Amma bir dəfə bu bölgələrdən yalnız bir neçəsini seçin.

7. Daha yüngül bir qoxu istəyirsinizsə, ətri havaya doğru sıxın və yavaşca içinə doğru yeriyin. Beləliklə, çox ağır bir qoxu daşımazsınız.

8. Spirt ehtiva edən ətirləri saçınıza sıxmaqla onları qurudursunuz.

9. Ətrin qalan son damcılarını qoxusuz losyonunuza boşaldın, beləliklə, boşa getməmiş olacaq.

10. Yanınızda ətrin özünü daşımaqdansa istədiyiniz miqdarı qulaq çubuqlarına sıxın və plastik bir paketə qoyun. Beləcə, gün ərzində istədiyiniz zaman qoxunu yeniləyə bilərsiniz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri