Parfum istifadə edərkən etdiyimiz 5 YANLIŞ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 934
Səs ver:
(səs: 0)
Günümüzdə hər kəs tərəfindən istifadə edilən ətirləri istifadə aman edilən bir neçə yanlışlar var.Gün ərzində istifadə etdiyimiz parfumun ətri qalıcı olmursa səbəbi istifadə zamanı yol verdiymiz xətalar ola bilər.Bu da onlardan bir neçəsi:

1.Biləkləri ovuşdurmaq
Parfumu sınayarkən biləyinizə sıxıb sonra ovuşdurmaq yanlış bir hərəkətdir.Biləkləri ovuşdurarkən dəriniz isinir,bunun nəticəsində ortaya çıxan enzimlər parfumun ətrini dəyişə bilir.Bunun baş verməməsi üçün bir kərə püskürtün və dərinizdə qurumasını gözləyin.

2.Ətiri vanna otağında saxlamaq
Parfumların tərkibi saxlanma şəraitinə qarşı həssasdır.Məsələn vanna otağında saxladığınız ətir orada temperatur daha isti olduğundan qalıcılığını itirə bilir.Əgər ətirinizin daha uzun müddət qalıcı olmağını istəyirsinizsə,vanna otağında deyil,öz orijinal qutusunda sabit otaq istiliyi olan yerdə saxlayın.

3.Saçlara parfum sıxmaq.
Bir çox qadının etdiyi yanlışlardan biri də saçlara parfum sıxmaqdır.Uzun müddət qalıcılıq təsiri olan parfumların tərkibindəki kimyəvi maddələr saçınıza zərər verə bilər.

4.Parfumları qarışdırmayın.
Birdən artıq ətir dərinizə sıxaraq ətirləri qarışdırmayın.İlk öncə xoş ətir gəlsə də qarışan maddələr dərinizdə qızartı və alergik reaksiyaya gətirib çıxara bilər.

5.Duş sonrası parfum istifadəsi.
Duş sonrası qalıcı olsun deyə istifadə etdiyniz parfum,vücudunuzdakı məsamələrin qapanmasına səbəb olur.Buna görə də duşdan bir saat sonra istifadə etmənizdə fayda var.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 934
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri