Saç tökülməsi və ağarmasının qarşısını alan təbii bitkilər - Siz də sınayın

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 953
Səs ver:
(səs: 0)
Qadınla.com saç tökülməsi və ağarmasının, bezdirici kəpəyin qarşısını alan təbii bitkilərin qısa siyahısını təqdim edir. Həmin bitkilərdən göstərilən qaydada faydalanmaqla adıçəkilən problemlərdən qurtulmaq olar:

1. Çinar ağacının yarpaqları ilə çay dəmləyib saçları yumaq kəpəkləri yox edir və saçları canlandırır;

2. Böyürtkənin yarpaq və meyvələrindən çay hazırlayıb (qaynatmaqla) saçları yuduqda onlar daha da canlanır və dibləri möhkəmlənir;

3. Qayınağacı bitkisinin yarpaq və cavan zoğlarmı qaynadıb saçları yumaq codlaşmanın qarşısın alıb, kəpəyi yox edir;

4. Qatırquyruğunu qaynadıb, saçlarınızı yusanız, onlar daha da möhkəmlənib, qaralar;

5. Gicitkən çayı tükləri hamar və parlaq edir;

6. Kəklikotunu qaynadıb saçları yuduqda tüklər yumşaq olur və parlaqlaşır;

7. Çobanyastığı çayı saçları canlandırır və yumşaq edir;

8. Vəzəri bitkisi kəpəyi yox edir, saç tökülməsini dayandırır.

Bunları da etmək,faydalıdır:

Qatırquyruğu, istiot nanəsi və palıd ağacının (hərəsindən 30 q) qabığını qatışdırırıq. Daha sonra onları, 1.0 litr suyla qaynadırıq. Qabın qapağını örtüb, ilıq olduqdan sonra istifadə edirik.

Üç şalğama oxşar soğan və sarımsaq götürürük (hərəsindən 2 baş). Soğan və sarımsaq sıyığını tənzif vasitəsi ilə sıxıb, şirəsini çıxardırıq. Saçları iki yerə bölürük və onlara sarımsaq-soğan mayesini sürtürük. Başımızı 2 saatlıq dəsmalla bağlayırıq.

Soğan qabığı və palıd ağacının qabığından hazırlanan həlim, saçların tökülməsinə imkan verməyəcək və onlara parlaqlıq verəcək. Hazırlamaq üçün soğan və palıd ağacı (hərəsindən 100 q) qabığından eyni miqdarda götürürük. 1 litr qaynar su əlavə edib zəif odda təxminən 1 saat saxlayırıq. Hazır olan qatışığı soyuduruq və istifadə edirik.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 953
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri