Qıvrım saçlara qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 16
Baxılıb: 4 578
Səs ver:
(səs: 1)
Qıvrım saçlara baxmaq digər saç növlərinə görə çox çətindir. Qabarmayan, parlaq və gözəl görünən buruqlara sahib olmaq üçün qıvrım saçlara xüsusi qayğı göstərmək lazımdır. Bu zaman düzgün şampun, saç kremi və digər qulluq vasitələri seçilməlidir. Bu cür saçlara qulluq barədə sizə bəzi tövsiyələr vermişik. Bunlar aşağıdakılardır:

Yuyarkən əvvəlcə saç kremi, sonra şampun istifadə edin
Ümumiyyətlə saçları yuyarkən birinci şampundan, sonra saç kremindən istifadə edilir. Amma qıvrım saçları olanlara bunun əksini eləmək məsləhət görülür. Belə saçlara sahib olanlar saçlarını islatdıqdan sonra diblərinə dəyməyəcək şəkildə krem tətbiq etməlidirlər. Təxminən 2 dəqiqə gözlədikdən sonra bol su ilə yuyub durulamalı, daha sonra isə şampunlamalıdırlar. Bu sayədə saçlarınız daha asan daranacaq və qabarmayacaqdır. Qıvrım saçlar üçün yuma aralığı da bir gündən bir olaraq tövsiyə edilir. Saçları bir gündən bir yumaq saçın sağlamlığını qoruyur və daha asan forma verməyə kömək edir.

Bitki tərkibli şampunlardan istifadə edin
Qıvrım saçlar üçün mütləq qidalandırıcı və nəmləndirici xüsusiyyətə malik olan şampunlar istifadə edilməlidir. Quru, yağlı və ya normal saçların hər biri üçün ayrıca şampunlar seçilməlidir. Qıvrım saçlara sahib olanların bitki tərkibi ilə saçları zədələnməyə qarşı qoruyan, qabarmanı azaldan şampunlar istifadə etmələri məsləhət görülür.

Durulama suyu soyuq olmalıdır
Saçlarınızı şampunladıqdan sonra soyuq su ilə durulamaq saçların parlaq və yumşaq olmasına şərait yaradır. Soyuq su saçın qabarmasının da qarşısını alır. Bundan başqa saçı bir az nəmli qalacaq şəkildə qurutduqdan sonra axırda soyuq hava vermək də qabarmanı azaltmaqda faydalı olacaqdır. Saçı tam qurutmağın da çox vacib olduğu bildirilir. Çünki saçda nəm qalması saçın qıvrılmasına səbəb olacaq və saçın təbii görünüşünü pozacaqdır. Bu məsləhətlərimizə əməl etməklə qıvrım saçlarınızın daha asan daranmasına nail ola və qabarmayan, uzun müddət formasını itirməyən buruqlara yiyələnə bilərsiniz.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 1)
Şərhlər: 16
Baxılıb: 4 578
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri