Saçlarınızın ehtiyacı olan vitaminlər hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 945
Səs ver:
(səs: 0)
Sağlam və tez uzanan saçlara sahib olmaq üçün saçınızı ehtiyacı olan bir qrup vitaminlərlə təmin etməlisiniz. Bu vitaminlər saçlarınızın asanlıqla qırılmaması üçün vacibdir.
Vitamin kapsulalarınızı şampununuza əlavə edərək və ya təbii yağlar ilə qarışdıraraq həftədə 1-2 dəfə saçlarınıza masaj etməklə tətbiq edə bilər, eyni zamanda qidalar vasitəsilə də bu vitaminləri qəbul edə bilərsiniz.

A vitamini
Saçlarınızı sağlam şəkildə uzatmaq istəyirsinizsə, onları A vitamini ilə təmin etməlisiniz. A vitamini çatışmadığı zaman saçlarınızda tökülmələr, saç dərinizin quruması kimi problemlər yarana bilər. Saçlarınızın ehtiyacı olan A vitaminini kartof, ispanaq, kök və yumurta sarısı yeyərək də qəbul edə bilərsiniz.

E vitamini
Zədələnmiş saçlarınızı bərpa etmək üçün müxtəlif kosmetik məhsullardan istifadə edərək bərpası üçün səy göstərirsiniz, amma bunu qidalar vasitəsilə təmin etməyiniz daha sağlam və dəqiq bir həll üsulu ola bilər. Buğda, yulaf, kahı, kərəviz, ispanaq, qarğıdalı yağı, qoz, arı südü, qarğıdalı, cəfəri kimi qidaları qəbul edərək də saçınızı ehtiyacı olan E vitamini ilə təmin edə bilərsiniz. E vitamini çatışmadığı zaman saçlar gec uzanır, tökülür və qırılır.

B vitamini
B3 qan dövranını nizamlayır. Bu vitamin çatışmadığı zaman saçlar gücsüzləşir, incəlir, qırılır və daha tez tökülür. Qara ciyər və tuna balığı, toyuq, qırmızı ət zəngin B3 vitamini mənbəyidir.

B7 vitamini saç üçün lazım olan protein quruluşunun, keratinin yaranması üçün gərəklidir. Kifayət qədər qəbul edilmədiyi zaman saç dərisində qabıqların yaranmasına və saç tökülməsinə səbəb olur. Portağal, paxlalılar və yaşıl yarpaqlı tərəvəzlər yüksək miqdarda folik turşu tərkiblidir.

B12 vitamini hüceyrələrə oksigen daşıyır, çatışmadığı zaman kifayət qədər oksigen ala bilməyən saç kökləri lazımi qədər saç istehsal edə bilmir. Ən vacib B12 mənbəyi qırmızı ətdir.

C vitamini
Saçınızın C vitamini ehtiyacını portağal, naringi, kivi, çiyələk və pomidor ilə təmin edə bilərsiniz. Kolajen istehsalını artıran C vitamini çatışmadığı zaman saçlar asanlıqla qırılmağa başlayır və beləliklə saçlarınız parlaqlığını itirir.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 945
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri