Saçları tez yağlanan xanımlara KOSMETOLOQ MƏSLƏHƏTİ

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 3 257
Səs ver:
(səs: 1)
Fəsil dəyişikliyi zamanı ən çox ziyan görən saçlarımız olur. Onlar tökülür, tez yağlanır, seyrəkləşir... Hər gün saç yumaq isə hər adamın işi deyil.

Həkim-kosmetoloq Xariqə Quliyevanın saçları tez-tez yağlanan xanımlar üçün məsləhətlərini təqdim edirik:
"Saçlar nə üçün yağlı olur? Əslində saçlar deyil, başın dərisi yağlı olur. Bu isə tük follikulları ilə yanaşı yerləşən piy vəziləri tərəfindən piyin artıq dərəcədə ifraz olunması nəticəsində baş verir. Saçlar bu piyi özlərinə tez hopdurur ki, bunun da nəticəsində onlar pis parıldayır, bir-birinə yapışırlar. Belə saçlara toz və çirk də daha tez yapışır. Əksər hallarda belə saçların üzərində yağlı kəpəklər (yağlı seboreya) görmək olur. Yağlı saçları onlar çirkləndikcə yumaq lazımdır.

Yağlı saçlara necə qulluq etməli:
Yağlı saçların yuyulması üçün isti sudan istifadə etmək olmaz. Su nisbətən sərin olmalı, ancaq diskomfort yaratmamalıdır. Heç bir halda saçlarınızı digər tipli saçlar üçün nəzərdə tutulan şampunlarla yumayın. Bu halda piy vəziləri piyi daha çox miqdarda ifraz etməyə başlayır.

Bu cür haldan əziyyət çəkənlər aşağıdakı maskaları edə bilərlər:
- Şam və ya küknar ağacının yaşıl iynəli yarpaqlarından 3 xörək qaşığı götürüb üzərinə 1 litr qaynar su əlavə edib, 20 dəqiqə qaynadın. Alınan tərkibi süzərək saçların yuyulmasından əvvəl başın dərisinə sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun.

- Xırda-xırda doğranmış 2 xörək qaşığı bağayarpağını 1 xörək qaşığı kefir ilə qarışdırıb alınan tərkibi yaş saçlarınıza vurub sellofan və xovlu dəsmalla örtün. 30 dəqiqədən sonra saçları yumaq olar.

- 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su töküb, ağzı bağlı şəkildə minalanmış qabda 15 dəqiqə ərzində vam odda qaynadın, soyudun və süzün. Sonra dəmləməni səliqə ilə başın dərisinə sürtmək, 20-30 dəqiqədən sonra isə saçları yumaq lazımdır.

- Heyva meyvəsinin mərkəzi hissəsini tumları ilə birlikdə kəsin, xırda doğrayın və üzərinə 1 stəkan su töküb vam odda qaynayana qədər saxlayın. Alınan dəmləməni soyudun və başın dərisinə sürtün. Bu dəmləmə saçların yağlılığını azaldır, yağlı seboreyanı müalicə edir.

- Yuyulmamışdan qabaq yağlı saçlara kefir və ya qatıq sürtərək 15-20 dəqiqə ərzində dəsmalla bağlamaq da çox xeyirli hesab olunur. Sonra saçları şampun ilə yuyub sirkə qatılmış su ilə yaxalayın.

- Əgər sizdə xardala qarşı dəri reaksiyası yoxdursa, saçlarınızı yuyarkən aşağıdakı tərkibdən istifadə etmək olar:
1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırdıqdan sonra bu qarışıqla bir neçə dəfə saçlarınızı yaxalayın. Sonra saçlarınızı yaxşı-yaxşı yuyun".

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 257
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri