Saçınız bir daha tökülməyəcək, tüklənəcək.

Müəllif: YalniZ-ArZu
Şərhlər: 8
Baxılıb: 3 107
Səs ver:
(səs: 0)
Mixək Saç Sağlamlığı Üçün Faydalıdır: Saç sağlamlığına əhəmiyyətli töhfə verir. Saç köklərini bəsləyir və tökülməsinə mane olur.

MİXƏK möcüzəsi tərifi; Bir stəkan qaynar suya 10-15 ədəd mixək ataraq 10 dəqiqə gözləyin. Hazırlamış olduğunuz mixək çayını baş dərinizə masaj edərək, yedirdin. Tezliklə, saç tökülməsinin dayandığını hiss edəcəksiniz.

Mixək yağı orqanizmə daxil olan bakteriya və viruslara qarşı güclü antiseptik təsir göstərir və ondan bir sıra virus xəstəlikləri və soyuqdəymə zamanı istifadə edilir.
Tərkibində olan P və PP vitaminləri damar divarını möhkəmlədərək selikli qişalarda ödemi aradan qaldırır, saya əzələlərin spazmını azaldır, burun tutulmaları və öskürək zamanı inhalyasiya şəklində tətbiq edilir.
Uçucu xarakterli efir yağları sinir sisteminə sakitləşdirir, gərginliyi aradan qaldırır və orqanizmi tonuslandırır. İsterik nevrozlar zamanı aromaterapiya şəklində istifadə edilərkən müalicənin səmərəsini artırır.

Mixək yağı ağız boşluğunun selikli qişası və diş ətinin qidalanmasını yaxşılaşdırmaq, regenerasiyasını artırmaq, iltihab əleyhinə təsir göstərmək xüsusiyyətlərinə malik olduğuna görə stomatologiyada geniş tədbiq edilir. Açıq sinir uclarına keyidici təsir göstərdiyinə görə mixək yağı diş ağrıları zamanı olduqca müsbət nəticə verir.Bəzən ondan müvəqqəti diş dolğusu kimi istifadə edilir.
Sarımsaq və soğan kimi qidaların istifadəsindən sonra ağızda xoşagəlməz iyin qarşısını almaq xüsusiyyəti var. Yeməkdən sonra mixək çeynəmək kariesdən qoruyan ən təsirli vasitələrdən biri hesab edilir.
Mixək efir yağı daxilə qəbul zamanı patogen mikroorqanizmlərlə yanaşı bağırsaq qurdlarını və göbələkləri də məhv edir, həzmi yaxşılaşdırır, qazqovucu təsir göstərir, güclü hıçqırıq zamanı diafraqma əzələlərində olan qıcolmaları aradan qaldıraraq vəziyyəti yüngülləşdirir.
Onun tərkibində olan maddələrin əksəriyyəti büzücü xarakterlidir, lakin bitki lifləri sayəsində bağırsaqların peristaltikasını tənzimləmək xüsusiyyətinə malikdir.
Mixək efir yağının tərkibində olan evgenoldan ginekologiyada geniş istifadə edilir. Uşaqlıq əzələlərinin yığılmasını gücləndirərək doğuşu asanlaşdırmaq xüsusiyyətinə malikdir, həmçinin uşaqlığın tonusunu artıraraq zəif və az olan menstruasiyanı tənzimləyir.
Mixək yağının afrodiziak təsiri cinsi həvəsi artırır.
Artroz, artrit və travma, göz xəstəlikləri, astma, hipotoniya və həşərat sancmaları zamanı da müalicəvi təsirə malikdir.

Məsləhət: SOS
Mədə-bağırsaq sisteminin selikli qişasına güclü qıcıqlandırıcı xüsusiyyətlərinə görə hiperasid qastrit, duodenit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyindən əziyyət çəkənlər rasionda mixəyi azaltmalı və ya tamamilə çıxarmalıdırlar. 2 yaşına qədər uşaqlarda istifadə etmək olmaz. Uşaqlıq əzələlərinin tonusunu artırdığına görə hamilə qadınlar istifadə etməməlidir. Hipertoniyadan əziyyət çəkənlərin də ondan istifadə etməsi də məsləhət deyil.
Xalq təbabətində mixek çox geniş istifadə olunur. Bəzi xalq təbabəti reseptlərini sizə təqdim edirik.
- 200 ml süd qaynama dərəcəsinə çatana qədər qızdırılır, içərisinə üyüdülüb toz halına salınmış 5 ədəd mixək əlavə edilərək zəif ocaqda 3-5 dəqiqə dəmlənir. Angina və güclü hıçqırıqlar zamanı isti halda ağızda saxlanaraq içilir.
- 100 ml zeytun yağının üzərinə 1 xörək qaşığı mixək əlavə edilir, zəif ocaqda qaynayana qədər saxlanır, soyudulur, süzülür və və ağzı bağlı şüşə qabda soyuducuda saxlanır. Oynaq ağrıları və gec sağalan yaralarda yerli olaraq istifadə edilir.
- 1 çay qaşığı balın üzərinə 1 çimdik mixək tozu əlavə edilərək qarışdırılır. Soyuqdəymə və öskürək zamanı səhər və axşam qəbul edilir.
Maraqlı bilgilər
Təzəliyini və keyfiyyətli olmasını yoxlamaq üçün bir neçə ədəd mixək 1 stəkan suyun içərisinə atılır, suyun dibinə batması və ya mayenin içərisində üzməsi onun keyfiyyətinin yüksək, yana çevrilərək suyun üzərində qalması isə köhnə və yararsız olduğunu göstərir.
Bir neçə ədəd mixək oxlov vasitəsilə suçəkən ağ kağız vərəqin arasında əziləndə kağıza yağ ləkəsinin düşməsi mixəyin təzəliyini və keyfiyyətini göstərir.
Güvə və ağcaqanaddan qorunmaq üçün 1 ədəd bütöv limon və ya portağalın üzərinə sıx şəkildə mixək sancılıb otağın künclərinə qoyulur.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri