Saç rəngini açmağın təbii üsulları

Müəllif: Sweet Candy
Şərhlər: 6
Baxılıb: 3 446
Səs ver:
(səs: 0)
Limon
Bu meyvə saç rəngini açmağın bitki mənşəli yollarındandır. Limon suyu, əsrlərdir qadınlar tərəfindən təbii saç rəng açıcı olaraq istifadə edilir. Saçınız nəm olarkən ona limon suyu vurun və 20 dəqiqə gözləyin sonra qurulayın. Limon suyu çəkdiyiniz saçınız günəşdə daha da parlayacaq.
Limonun saçı qidalandıran və rəngi açan xüsusiyyətləri vardır. 1 stəkan suya 3/ 1 limon qatın və qarışdırın. Limonun suyunu süzməyi unutmayın. İçində limon hissəsi olmamasına diqqət göstərin. Bu qarışığı bir sprey şüşəsinə doldurun. Daha sonra saçınıza bu qarışığı püskürdün. Xüsusilə küçəyə çıxarkən günəşli havalarda bu əməliyyatı edin. Günəş işığı ilə birlikdə limon təsirini göstərəcək və saç rənginiz açılacaq.

Sirkə ilə yuyun
Sirkə saçları qoruyan və rəngini açan bir maddədir. Duşdan sonra saçınızı sirkəli su ilə qurulayın. Daimi olaraq bu tətbiqə davam etdiyiniz təqdirdə saç rənginizin açılmağa başladığını görəcəksiniz. Sirkəli su ilə quruladıqdan sonra təkrar yaxalamayın və yarım gün qədər feni saçlarınızdan uzaq tutun. Bu proqram eyni zamanda kəpək problemini inanılmaz bir şəkildə həll edir. İldə bir neçə həftə bunu edərək il boyu kəpəksiz bir saça sahib ola bilərsiniz.

Karbonat istifadə edin
Sirkə kimi soda da saç şampuanlarına alternativ olan və saç rəngini açan bir maddədir. Duşa girdiyinizdə, saçlarınızı islatdıqdan sonra saçınıza karbonat səpin və ovalayın. Karbonat təbii saç rəngi açma üsullarındandır.
Duşda ikən ovcunuza 1 çay qaşığı karbonat tökün və nəm saçlarınıza yedirin. Saçlarınızda qalan su miqdarı içərisində karbonatın həll olunması prosesinə diqqət edin. Sonra saçlarınızı dəsmal ilə qurulamamışdan əvvəl toplayın. 20-30 dəqiqə sonra yenidən yuyun. Bu əməliyyatdan sonra bir saat içərisində günəşdə təsiri daha sürətli olacaq.

Bal
Distilləedilmiş su ilə balı qarışdırıb saçınıza tətbiq edin, yarım saat saçınızda saxlayın. Bu düstur müdhiş bir saç rəng açandır.
Bu proses 1 stəkan su ilə bir xörək qaşığı mümkünsə şabalıd balı ilə edilməsi vəziyyətində çox təsirlidir. Bu tətbiqi bir həftə limon metoddan, bir həftə bal üsulu ilə edilməsi saç sağlamlığı və istənilən rəngə gəlməsini inanılmaz sürətləndirər.
Bal saçı həm qoruyur, həm də rəngini açır. Yarım fincan saç kreminin içinə dörddəbir fincan bal tökün və qarışdırın. Saçlarınızı yuyun və etdiyiniz qarışığı tətbiq edin. Daha sonra saçlarınızı bağlayın. Bu əməliyyatı yatarkən edin və səhər qalxanda saçlarınızı yuyun.

Eyni zamanda çoxlarınızı ən çox narahat edən isə quruluq və kəpəkdir. Yeni Lavanda tərkibli Head&Shoulders saçlarınızı 100 faizə qədər kəpəkdən* qoruyaraq onları kökdən ucuna qədər qidalandırır və nəmləndirir. Saçlara forma vermək və daramaq işini asanlaşdırır. Beləliklə saçlarınız inanılmaz dərəcədə yumşaq və gözəl olur.

* Müntəzəm istifadə zamanı gözlə görünən kəpək

http://hs.qadinla.com/
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 446
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri