Rapunsel kimi gözəl saçlara sahib olmaq istəyirsiz???

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 614
Səs ver:
(səs: 1)
Bəzən məsələlərin həll yolunu yalnış yerlərdə axtarırıq. Məsələn, sağlam saçlara sahib olmaq üçün market rəflərində şampun axtarmaqdan öncə qida rasionunuza diqqət etməlisiniz. Saçlarınızı qidalandıracaq məhsullar isə bunlardır:

Süd və süd məhsulları

Bu məhsullarda saçların ehtiyac duyduğu bütün vitaminlər var. Xüsusilə əgər saç tökülməsindən əziyyət çəkirsinizsə, hər gün 1 stəkan süd içməyi vərdiş edin.

Banan

Bananın tərkibində olan silikon saçları möhkəmləndirir və uzadır. Biotin isə, saçlardan əlavə dırnaq və dəriyə də müsbət təsir göstərəcək.

Günəbaxan tumu

Saçların qırılırması sinkin çatışmamazlığına işarədir. 100q tumda isə 5.2 mq sink var. Tumun tərkibində olan B6 vitamini ilə birlikdə o, möcüzələr yaradacaq: saçlarınız parlaq və yumşaq olacaq.

Kivi

Kivi C vitamini ilə zəngindir. Bu isə o deməkdir ki, yaşıl meyvə saçlardan əlavə dişlər, əzələlər, dırnaqlar və sümüklər üçün də faydalıdır. C vitaminindən əlavə, kivinin tərkibində riboflavin, tiamin və başqa faydalı minerallar mövcuddur. Yeri gəlmişkən, kivini qabığı ilə birlikdə yeməyi sınamısınızmı? Bağırsaqlar üçün olduqca faydalıdır.

Qoz-fındıq

Qoz, fındıq, püstə, badam – seçiminizdən asılı olmayaraq bütün bu çərəzlərin tərkibində biotin, A və E vitamini var. Bu maddələr saçlarınızı elə canlandıracaq ki!

Ciyər

Zülal, biotin, B qrupunun vitaminləri, A vitamini və dəmir – bütün bunlar ciyərin tərkibində var. Rasionunuza ciyəri əlavə etməklə, saç tökülməsə və kəpəyə son qoyacaqsınız.

Artıq nə etməli olduğunuzu bilirsiniz!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 614
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri