Saçlarınız bu səbəbdən yağlanır

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 1 345
Səs ver:
(səs: 0)
Saçların həddən artlı yağlılığının səbəbləri müxtəlif ola bilər.

Qadınla.com saç yağlanmasının bəzi səbəblərini təqdim edir:

- İrsiyyət - Bu əsas səbəblərindən biridir. Əgər sizin yaxın qohumlarınızın əksəriyyətində saçlar çox yağlıdırsa, sizin də saçlarınız yağlı olacaq. Bu halda saçların artıq yağlılıqla mübarizə aparmaq çətindir, lakin mümkündür.

- Hormonal pozulmalar - Bu da əsas səbəblərdən biridir. İstənilən hormonal pozulma saçların vəziyyətinə mənfi təsir edir. Bu səbəbdən əgər siz saçlarınızın həddən artıq yağlanmasını müşahidə edirsinizsə, endokrinoloqun müayinəsindən keçin.

- Düzgün olmayan qidalanma - İnsan daim həddən artıq yağlı, şirin qidaları, un məmulatları qəbul edirsə, bu həm də onun saçların vəziyyətinə mənfi təsir edir.

- Bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu da saçların tez yağlanmasına səbəb olur.

- Düzgün olmayan baxım saçların vəziyyətinə mənfi təsir edir - Ucuz şampunlar və digər vasitələr, saçların çox isti su ilə yuyulması, lak, geldən tez-tez istifadə edilməsi, fen və digər vasitələr saçların daha tez yağlanmasına səbəb olur.

- Streslər - xüsusilə uzunsürən xroniki streslər, saçların daha tez yağlanmasına səbəb ola bilər
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 345
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri