Saç tökülməsinə qarşı ən təsirli vasitələr

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1 456
Səs ver:
(səs: 0)
Saç tökülməsi günümüzdə demək olar ki bütün yaş təbəqələrindən olan insanların əsas problemlərindən birinə çevrilib.
Bu problemin qarşısını alıb sağlam və parlaq görünüşlü saçlara sahib olmaq istəyirsinizsə, bunun üçün etməniz gərəkənlər çox sadədir.

Qidalarınıza diqqət edin
Daha çox protein, dəmir və B12 vitaminlərini qəbul etməniz saçlarınız üzərində öz böyük təsirini göstərəcəkdir. Ət, balıq, yaşıl tərəvəzlər saç tökülməsini azaldır.

Saç massajıedin
Üstünlük verdiyiniz bir saç yağı iləbaş dərinizi masaj edin. Daha sonra yağın tam sorulması üçün isti dəsmalla saçınızı sarıyın. Ən az bir neçə saat gözləyin.

Saç şəkilləndiricilərdən uzaq durun
Daim saçlarınıza şəkil vermək saça zərər verir. Düzləşdiricilər, yüksək temperaturlu qurutma avadanlıqları və maşalar saça birbaşa təsir edərək quruluşuna mənfi təsir edir.

Bal çəkin
Saçınızı şampunla yuduqdan sonrabiraz bal çəkin və saçınızda saxlayın. Qurulamadan dərhal əvvəl durulayın və saçlarınızdakı yumşaqlığı və parlaqlığı görün.

Saçlarınızı kimyəvi yolla burmaqdan (perm) çəkinin
Bu prosedur zamanı kimyəvi maddələr saçınızın strukturunu poza və bu da saç tökülməsinə gətirib çıxara bilər.

Saçlarınızı çox sıx yığmayın
Saçlarınızın sıx yığılmasını tələb edən saç modellərini seçdikdə onlar saçlarınızın tökülməsinə səbəbiyyət verir.

Keyfiyyətli daraqdan istifadə edin
Saçlarınızı necə daradığınız önəmlidir. Keyfiyyətli daraq seçərək diblərdən deyil, uclardan başlayaraq daramağınız məsləhətdir.

Biotinlə zəngin qidalar qəbul edin
Biotin suda həll olan vitamindir. Saç tökülməsinin qarşısını alır. Taxıllı bitkilərdə, yumurtanın ağında, qozun tərkində bol şəkildəvardır.

Müntəzəm olaraq yuyun
Saçlarınızı yumaq baş dərinizi təmiz saxlayacağı üçün mümkün infeksiyaların qarşısını alır və saçtökülməsini azaldır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri