Əzvay tərkibli losyonla qulluq solğun quru dəri üçün xüsusən xeyirlidir. Qeyd olunan şəraitdə müalicəvi otlarla üzü silmək də az effektli deyil. Dərinin təmizlənməsi üçün bu resseptləri təklif edirik:
Südlü zərdab Tələb olunur: südlü zərdab. Hazırlama qaydası: bir tikə pambığı zərdabda islatmaq. Tətbiqetmə: Üzü silmək, 15-20 dəqiqədən sonra sərin su ilə yuyunmaq.
Soyuq süd
Tələb olunur: 30 ml süd, 30 ml su. Hazırlama qaydası: soyuq südü su ilə qatmaq. Tətbiqetmə: Pambıq tamponunu durulaşdırılmış süddə isladıb, üzü silmək.
Cəfəri həlimi Tələb olunur: 200 q cəfəri göyərtisi, 500 ml su. Hazırlama qaydası: cəfəri göyərtisini xırdalamaq, üzərinə su tökmək, oda qoymaq və 15 dəqiqə qaynatmaq. Süzmək. Həlimi soyuducuda saxlamaq. Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Əzvay həlimi
Tələb olunur: 3 iri əzvay yarpağı, 1,5 litr su. Hazırlama qaydası: əzvay yarpaqlarını soyuducuda 7 gün saxlamaq, yumaq və üzərinə soyuq su tökmək, 2 saat saxlamaq. Vaxt tamam olduqda zəif odda qaynadıqdan sonra daha 5 dəqiqə qaynatmaq. Hazır həlimi süzmək, soyutmaq. Soyuducuda saxlamaq. Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Kətan toxumu həlimi Tələb olunur: 1 çay qaşığı kətan toxumu, 250 ml su. Hazırlama qaydası: toxumların üzərinə soyuq su tökmək, oda qoymaq, qaynama həddinə çatdırmaq və 15 dəqiqə qaynat-maq. Soyutmaq, süzmək. Tətbiqetmə: Qabıq verən dəri sahiblərinin yuyunmasında istifadə etmək.
Cökə çiçəyinin həlimi Tələb olunur: 1 çay qaşığı cökə çiçəyi, 250 ml su. Hazırlama qaydası: xammalın üzərinə su əlavə etmək, zəif oda qoyub, 15 dəqiqə qaynatmaq. Soyutmaq, süzmək. Tətbiqetmə: Quru dərini yuyarkən istifadə etmək.
Müalicəvi otların həlimi Tələb olunur: eyni miqdarda çobanyastığı, sürvə, cökə çiçəyi, 500 ml su. Hazırlama qaydası: 2 xörək qaşığı qatışığın üzərinə qaynar su əlavə edib, qaz plitəsinə qoymaq və zəif odda 15 dəqiqə qaynatmaq. Həlimi soyudub süzmək. Tətbiqetmə: Dəriyə elastiklik vermək üçün yuyunmada istifadə etmək.
Nanə həlimi Tələb olunur: 1 xörək qaşığı xırdalanmış nanə yarpağı, 200 ml su. Hazırlama qaydası: nanənin üzərinə qaynar su töküb yarım saat odda saxlamaq. Süzmək. Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.
Qarpız ləti Tələb olunur: 1 dilim qarpız. Hazırlama qaydası: qabığını kəsmək. Tətbiqetmə: Qarpız lətilə üzü silmək.
Sodalı təmizləyici vasitə Tələb olunur: 50 qram yulaf lopaları, 1 çay qaşığı soda, süd. Hazırlama qaydası: lopalan blenderdə xırdalamaq, soda ilə qarışdırmaq. Qarışığı ilıq südlə xama qatılığmadək durulaşdırmaq. Tətbiqetmə: Vasitəni masaj hərəkətlərilə üzə və boyuna sürt-mək. İlıq su ilə yumaq.
Nişastalı su
Tələb olunur: 1 çay qaşığı nişasta, 1 litr su. Hazırlama qaydası: nişastanı 1 xörək qaşığı soyuq suda həll etmək, bir az qaynar su əlavə etmək və qarışdırmaq. Sonra qarışığı qalan ilıq su ilə durulaşdırmaq. Tətbiqetmə: Yuyunma üçün istifadə etmək.