Saç düzləşdiriciləri sağlamlığa mənfi təsir edə bilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 3 536
Səs ver:
(səs: 0)

 


Saçlar üçün nəzərdə tutulmuş fenlər ilk dəfə XIX əsrdə meydana gəlib və həmin gündən etibarən bu vasitə saçların qurudulmasına, düzləşdirilməsinə yardım edir. Xanımlar ideal saç düzümlərini əldə etmək məqsədilə daima bu alətdən yararlanırlar.

Tez və sürətli bir formada saçların qurudulması, onların sağlamlığının qorunmasına görə müasir zamanımızda yaxşı fen gərəklidir.

Xanımların saçlarını müxtəlif şəkillərə salmaq üçün istifadə etdikləri saç düzləşdiricilər, sən demə, sağlamlığa pis təsir göstərirmiş. Bu mövzu üzərində mütəxəssislər araşdırma apararaq xanımlara bəzi məsləhətlər veriblər.

Aparılan araşdırmalardan məlum olub ki, saç düzləşdiricilər orqanizmdə xərçəngin inkişafına səbəb olur.

Bəzi xanımlarımız saçlarını gözəl saxlamaq üçün saç boyalarından da istifadə edirlər. Əslində isə bu cür boyaların nə dərəcədə ziyanlı olduğunu, saça və baş dərisinə nə kimi zərər vurduğunu bəziləri heç bilmirlər də.

Aparılan araşdırmalardan da belə nəticəyə gəlmək olar ki, xanımların saçlarına forma vermək üçün əl atdıqları üsullar onların sağlamlığına birbaşa təsir edir. Sağlamlığını düşünən insanlar gözəllikləri üçün çalışdıqları zaman mütləq özlərini də, sağlamlıqlarını da düşünməlidirlər.

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri