Quru saçlar üçün təbii formula!

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 1 796
Səs ver:
(səs: 0)
Quru saçlar üçün Suna Dumankayanın məsləhət gördüyü bir formula var. Bu maska quruluqla bərabər, saçların qırılmasının qarşısını alır.

Lazım olacaqlar:
1 fncan qaynar su
1 çay qaşığı bal
1 çay qaşığı badam yağı
1 çay qaşığı qoz yağı
Yarım çay qaşığı kətən toxumu yağı

Yarım limonun suyu
Hazırlanması: Bütün məhsulları qarışdırın. Qarışımı saç diblərinizə çəkərək yaxşıca yedirin.
Saçlarınızı streçlə bağlayıb 1 saat gözləyin. Saçlarınızı yuyun. Quru saçlara qulluq Hər saç tipi kimi quru saçların da özünəməxsus baxımı var. Quru saç əslində genetikdir, amma isti fen, rəngləmə, refle də saçların qurulmasına yol açır. Həm saçlarımızın qidalanması, həm də quruluqdan irəli gələn qırılmaların qarşısını almaq üçün edə biləcəyiniz bəzi şeylər var ki, bunlar aşağldakılardır:

Quru saçlar üçün özəl şampun istifadə etmək saçlara qulluq edir və nəmlik gətirir. Şampununuzu 3-4 ayda bir dəyişdirməyə çalışın. Saçlarınızı hər gün yumayın, bu quruluğu artırır. Saçlarını yuyarkən ilıq su istifadə etmək önəmlidir. Soyuq və ya çox isti su saç dərisinə və saçlara zərər verir.

Şampundan sonra xüsusən də saç uclarına saç kremi çəkmək, saçların sağlıqlı və parlaq görünməsinə səbəb olur. Həftədə bir saç maskası edin. İstər təbii formullar, istərsə də kosmetik vasitələrlə saç maskası etmək, əsasən də saç uclarına maska etmək çox faydalıdır. İstifadə etdiyin saçlara qulluq məhsullarının təlimatlarına əməl edin. Feninizi yüksək istilikdə istifadə etməyin. Saçlarınızı dəsmal və fenlə tez və sərt qurutmamağa çalışın. Daraq və fırçanı yumşaq hərəkətlərlə istifadə edin. Saçların qırılmasının qarşısını alan fırçalar seçin. Yayda saçlarınızı günəşdən qoruyun.

Xüsusən də uzun müddət günəşdə qalacaqsınızsa şlyapa istifadə edin. Mütəmadi olaraq saç qırıqlarınızı kəsdirməyə çalışın
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 796
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri