Kəpək və onunla mübarizə üsulları

Müəllif: Onun_Mələyi
Şərhlər: 4
Baxılıb: 2 403
Səs ver:
(səs: 0)
Reklamlara nəzər yetirsək görərik ki, kəpək müasir insanın əsas problemlərindən biridir.
Burada bir qədər həqiqət var. Çox insanlarkəpəyin nə olduğunu bilavasitə öz üzərlərində hiss ediblər. Stres, zərərli qida, hormonal pozuntular kəpəyin səbəbi ola bilər.

Kəpək və seboreya
Geniş yayılmış fikrə baxmayaraq, kəpək və seboreya heç də eyni hal deyil. Kəpək başın ölmüş dərisinin soyulmasıdır, qaşınma qızartı ilə müşayiət olunur, saçların vəziyyətinin pisləşməsinə səbəb ola bilər. Dərinin ölmüş hüceyrələri yaxşı görsənir, soyularaq paltarın üzərinə düşə bilir.

Seboreya isə piy vəzilərinin sekresiyasının pozulması ilə əlaqədar olan qəliz xəstəlikdir. Seboreyanın digər əlamətləri arasında çox miqdarda kəpəyin yaranması da yer tutur. Seboreya kəpəkdən fərqliolaraq yalnız saçların dibində büruzə vermir.

Seboreya yağlı və quru olur. Birinci halda dəridə piy ifrazı güclənir, nəticədə saçlar qısa zamanada yağlanır.
Dəridə sarımtıl kəpək əmələ gəlir
– bu çox miqdarda ifraz olunan piy sayəsində bir-birinə yapışan epiteli hissəcikləridir. Seboreyanın daha bir əlaməti
– üzdə, beldə və qollarda sızanaqlardır. Quru seboreya, əksinə, dəri piyinin çatışmazlığı nəticəsində yaranır.
“Qar lopaları” başı tamamilə örtür. Digər əlamətlər sırasında
– üz və bədən dərisinin dartılması, qaşınma, bəziyerlərdə qırmızı ləkələr müşahidə olunur. Həmçinin qarışıq seboreya mövcuddur.
Bu halda baş dərisində -
quru, üz və bədən dərisində isə yağlı seboreya əlamətləri müşahidə olunur.

Kəpəyin səbəbləri
Seboreyadan əlavə, kəpəyin əmələ gəlməsininbaşqa səbəbləri və xarici təsir ola bilər:·

Göbələk xəstəliyi.
Malassezia furfur(malasseziya furfur göbələyi orqanizmdə pozuntular nəticəsində (stres, infeksiya, gigiyena pozuntusu) fəallaşır və artır. Bu göbələk baş dərisini zədələyir və kəpəyə səbəb olur.·

Psoriaz, ekzema, dermatit.
Bəzi hallarda kəpək ciddi dəri xəstəliklərini müşayiət edir.·

Psixosomatik xəstəliklər. Stres, depressiya, daima emosional təlaş baş dərisinin soyulmasına səbəb ola bilər.·

Yanlış qidalanma. Qidada kifayət qədər vitamin və mineral maddələrin (xüsusən, sink və selen) olmaması, həzmdə pozğunluq kəpəyin yaranması üçün risk amillərindəndir.·

Şəxsi gigiyenaya riayət etməmə. Başın çox gec və ya, əksinə, tez-tez yuyulması dəri ilə əlaqədar problemlərə səbəb olur. Saç düzümü üçün istifadə olunan vasitələr yuyulmadıqda məsamələri tıxayır və kəpəyin yaranmasına səbəb olur.·

Xarici amillər həmçinin kəpəyin yaranmasına səbəb ola bilər, məsələn, şampun və ya staylinq vasitələrinin düzgün seçilməməsi, hava feni, ütü fenindən tez-tez istifadə.

Daha bir risk amili – papaq və digər baş örtüklərinin havaya görə geyinilməməsidir. Baş dərisini həddindən artıq soyuması və ya papağın altında isinməsi “qar lopalarının” əmələ gəlməsinə səbəb ola bilər.

Kəpəyə qarşı şampunlar
Əksər hallarda kəpəklə üzləşdikdə biz dərhal xüsusi şampun əldə etməyi düşünürük və ən yaxın mağazaya yola düşürük. Burada qeyd edək ki, mağazaya deyil, aptekə müraciət etmək daha yaxşı olar. Bundan əlavə, kəpəyə qarşı şampunlar tərkibinə görəfərqlənir. Kəpəyin səbəbini bilmədən doğru şampun seçmək çətin məsələdir.

Kəpəyə qarşı şampunların əsas növləri bunlardır: ·

Qatranlı şampun.
Baş dərisi hüceyrələrinin tez-tez yenilənməsinin qarşısını alır.

Psoriaz və seboreya dermatiti zamanı effektivdir.

Salisil turşusu ilə şampun.
Tərkibdə Salicylic acidkimi göstərilir. Epitelin ölmüş hissələrini yaxşı təmizləyir. Bu cür vasitələr baş dərisini quruda bilər. Nəmləndirici balzam və ya maska ilə kompleks şəklində istifadə edin.·

Tərkibində pirition sink olan şampun.
Tərkibdə Pyrithione zinckimi göstərilir. Bu şampunlar göbələk və bakteriyalarla mübarizə aparır.·

Tərkibində selen sulfidi olan.
Tərkibdə Selenium sulfidekimi göstərilir.

Göbələkləri aradan qaldırır və dəri hüceyrələrinin yenilənməsürətini azaldır. Saçlarınrəngini aça bilər.·

Tərkibində kükürd olan şampun.
Tərkibdə Sulphurkimi göstərilir.
Bu maddə ölmüş hüceyrələri yaxşı təmizləyir və epiteli hissəciklərinin bir-birinə yapışmasının qarşısını alır.· Tərkibində ketokonazol olan şampun.

Tərkibdə Ketoconazolekimi göstərilir. Digər vasitələr kömək etməsə, tərkibində ketokonazol olan şampunlardan istifadə edin – göbələyə qarşı geniş təsirə malik olan vasitə.·

Bitki tərkibli şampun.
Bunlar gicitkən cövhəri, çay ağacı yağı və s. kimi təbii komponentlər əsasında hazırlanan şampunlardır. Uzun müddət istifadə etdikdə tədricən baş dərisi və saçların vəziyyətini yaxşılaşdırır.Əldə etdiyiniz vasitələrdən göstərişə görə istifadə edin. Kəpəyə qarşı şampunlardan, əsas da reklamlarda təriflənən vasitələrdən, nəzarətsiz istifadə vərdiş yarada bilər və vəziyyəti daha daqəlizləşdirə bilər. Əgər 2-3 həftə ərzində kəpəyi aradan qaldıra bilməsəniz, müalicəni həkim nəzarəti altında davam etmək daha yaxşı olar.
Baş dərisi və saçlarla əlaqədar problemlərlə trixoloq məşğul olur. Ümumiyyətlə isə, trixoloqlar dermatokosmetololardır.
Ola bilsin ki, şəhərdən kənarda yoxlanılmış trixoloq tapmaq çətindir,bu halda dermatoloqun qəbuluna yazıla bilərsiniz. Bu həkim lazımi analizlər təyin edəcək və kəpəyin səbəbini müəyyən edəcək.
Seboreyanın səbəbi hormonal pozuntular olduqda endokrinoloqa müraciət etməlisiniz. Hormonal fonu qaydaya saldıqdan sonra kəpəyi unuda bilərsiniz.

Kəpəyə qarşı xalq təbabəti
Əgər kəpək cüzi miqdarda müşahidə edilirsə, təbii vasitələrin yardımına müraciət etmək olar.

Üsullurdan biri və ilki – gicitkən həlimidir:
bir stəkan qaynar suya bir çay qaşığı quru cövhər. Bir az dəmləyin, soyudun və saçlarınızı yuduqdan sonra yaxalayın.
Bu prosesi 10 gün həyata keçirin. Qeyd: bu üsul sarışınlar üçün münasib deyil, gicitkən həlimi saçları boyaya bilər, əsasən də, gicitkən təzədirsə, saçların yaşıl rəngə boyanması qaçılmazdır.

Məsləhət görülən həlimlərdən biri də - pıtraq kökləri və zərinc giləmeyvələri və ya yarpaqları. Hər iki halda bir stəkan suya iki xörək qaşığı bitki komponenti götürülür.Kəpəklə mübarizədə dahabir yardımçı – limondur. Hər gün baş dərisini kəsilmiş limonla 10 dəqiqəyə yaxın masaj edin. Müddət – bir həftə.Dərisi yağlılığa meylli olan insanlara yumurta maskaları tövsüyə olunur. Yumurtanı başınıza yaxıb yarım saatdan sonra yuyun. Qeyd: saçlarınızı ilıq su ilə yuyun, isti suyun təsiri ilə bişmiş yumurta hissəcikləri saçlarınıza yapışacaq. Həmçinin turş süd məhsullarından istifadə etmək olar.Dərisi quru olanlar gənəgərçək və badam yağlarından istifadə edə bilər.Kəpəyin profilaktikası üçün:·Su için. Orqanizmin düzgün su balansını təmin etməklə immun sisteminiz möhkəmlənəcək və göbələk xəstəlikləri və dəridə zərərli bakteriyaların fəaliyyətinin qarşısını alacaq.·Vitamin və minerallarla zəngin sağlam qida qəbuledin. Məsələn, orqanizmi sinklə təmin etmək üçün dəniz məhsulları və göy-göyərti qəbul edin. ·Rasiondan yağlı və şirniyyat məhsullarını çıxardın. Təbii ki, bura alkoqol və tütün məhsulları da aiddir.·Başqasının dəsmal, daraq və baş örtüklərindən istifadə etməyin.·İmkan verin saçlarınız dartılmasını tələb edən dəbli saç düzümlərindən, saç üçün rezin bağlardanvə sancaqlardan dincəlsin.·Stresi dəf etməyə çalışın – dincəlin, daha çox gəzin, dostlarla telefon və internetlə deyil, canlı ünsiyyət qurun..
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 403
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri