Üzə qulluq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 548
Səs ver:
(səs: 0)

Üzə qulluq

Payız fəsli gəldi. Bol günəşli yaydan sonra dərimizdə yaranmış problemləri həll etmək zamanıdır. Sizlərə çox asan və tez hazırlanan üz maskaları təqdim edəcəm. Axı dərimiz bizim geyimimizdir.Necə geyimimizin gözəl görünməyini istəyirik,eləcə də dərimizin gözəl görünməyinə çalışmalıyıq. 1.Qidalandırıcı maska.

Tərkibi:

3 çay qaşığı toz halına salınmış badam,

1 çay qaşığı badam yağı,

1 çay qaşığı nəmləndirici krem,

1 ədəd yumurta sarısı.

Hazırlanma qaydası:

Bütün tərkibi qarışdıraraq,qatı hala salırıq. İstifadəsi:Təmiz dəriyə çəkirik.15-20 dəq saxlayıb,ilıq su ilə yuyuruq. Dərinin qidalanması və zərərli maddələrdən təmizlənməsi baş verir. 2.Nəmləndirici maska. Tərkibi:1 ədəd limon,3 çay qaşığı bal, qliserin (qliserin tərkibli krem də ola bilər). Hazırlanması:Bütün tərkibi qarışdırın. İstifadəsi:Təmiz dəriyə çəkirik.15 dəq gözləyib,ilıq su ilə yuyuruq. Dərinin nəmlənməsi üçün effektlidir. 3.Dincəldici maska. Tərkibi: 1 ədəd yumurta sarısı,1 ədəd yoqurt,1 çay qaşığı zeytun yağı,5 damla kök yağı. Hazırlanıması:Bütün tərkibi qarışdırırıq. İstifadəsi:Üzümüzə çəkib 20 dəq saxlayıb ilıq su ilə yuyuruq. Üzümüz dincəlir.Dərimiz parlaq görünüşə sahib olur. 4.Peeling maskası. Tərkibi: Duz və zeytun yağı. Hazırlanıması:Tərkibi qarışdırırıq. İstifadəsi: Dərimizə yaxıb əlimizlə sürtürük. Iliq suyla yuyuruq

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 6 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri