Saçımız niyə tez ağarır?

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 934
Səs ver:
(səs: 0)
Cəmiyyətdə saçların ağarmasını qocalma prosesinin bir siqnalı kimiqəbul edirlər.
Bu təbii proses olduğundan, gec və ya tez hər bir insanda baş verir. Adətən tək-tək ağ saçların peyda olması 30-35 yaşlara, 50-55 yaşlarda isə bu prosesin tezləşməsi müşahidə olunur.

Bəs bu prosesin cavan yaşlarda əmələ gəlməsini necə qəbul etmək lazımdır?

Tibb sahəsində vaxtından əvvəl saçların ağarması, yalnız saçların 50% -nin 40 yaşa qədər ağarması və ya ağ saçların 30 yaşdan əvvəl əmələ gəlməsi hallarında qəbul edilir.
Terapevt Anar Ağayev Xeberle.com-a bildirib ki, saçın erkən yaşlarda ağarmasının əsas səbəbi irsi faktorlarla bağlıdır:
"Saçların erkən ağarması 30-50 faiz irsiyyətlə bağlıdır. İrsiyyətlə bağlı saç ağardıqda onun qarşısınıalmaq mümkün deyil, çünki bu artıq onun genetik fondunda var və nəsildə özünü göstərir. Maddələr mübadiləsinin pozğunluğu, vitamin və mikroelementlərin çatışmazlığı ilə bağlı da saçların ağarması mümkündür. Əslində hər şey uşaqlıqdan başlayır. Uşaqların düzgün qidalanmaması daha sonrabu kimi problemlərin yaranması ilənəticələnə bilər. Stress, qorxu, həyəcan mühitində çalışmaq da saçların ağarma səbəblərindən biridir.
Hər saç teli rəngini"melanosit” adlanan və rəng piqmenti ifraz edən hüceyrələrdən alır. Bu hüceyrələrin funksiyasını itirməsi, piqment azalması, ya da yox olması saçlarda ağarma ilə nəticələnir.
Çünki bizim dərimizə, saçımıza qara rəng verən"melanosit” piqmentidir.Bu piqment çatışmayanda dərimizdə ağ-ağ ləkələr əmələ gəlir ki, bu xəstəliyə də vitiliqo deyilir”.
A. Ağayev erkən saç ağarması problemi olanların kardioloji müayinədən keçməsini tövsiyə edir.Psixoloq Elvira Əliyeva isə erkən yaşlarda saç ağarmasını stresslə əlaqələndirir: "Stress bütün xəstəliklərə təkan verən amil olduğu kimi, eyni zamanda saçların ağarmasını da sürətləndirə bilir.
Stresslə yanaşı üzüntü, işsizlik, yaxınların erkən itirilməsi də saçın ağarmasını sürətləndirən amilərdəndir.
Saçın ağarmasına genetik faktorların da rolu yüksəkdir. Bəzən insan çox üzüntü keçirsə də, bu onda saçların ağarması ilə müşahidə olunmaya bilər. Deməli, həmin insanın orqanizmi saç ağarmasınaqarşı həssas deyildir. Saç ağarmasına bir çox xəstəliklər də səbəb ola bilər”.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 934
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
❤Nilay❤Canan❤
Saclar cox vaxt stersdende ağarir.
Mende heleki bele bir problem yoxdur saclarim oz rengindedi
24 noyabr 2018 21:59
3
canan qizim sirin seker qizim.
vipbetul
indiki vaxda saclar tez aqarir esasda saca qoyulan kimyevi renglerin tesirindendir
23 noyabr 2018 17:00
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Menim irsidir.Saclarim cox agarib
23 noyabr 2018 14:10
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri