Gözəl saçlara qovuşmağınıza yardımçı olacaq asan maskalar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 4 447
Səs ver:
(səs: 0)
Saçlarınız mat görünməsindən və nə etsəniz edin bir növ uzanmaması narazısanız doğru məqaləni oxuyursuz. Evdə keçirəcəyiniz həm praktik, həm də sadə təriflərlə bu probleminizi aradan qaldıracaqsınız. Bəs saçı uzatmaq üçün nə etməli? Evdə saç maskası etməyi heç sınadınızmı? Mütəmadi olaraq saç baxımı edəcəyiniz bu maskalarla saçınız həm daha tez uzanacaq və həm də canlı bir görünüşə malik olacaq.

Qadinla.com saçlarınız üçün bir neçə maska reseptini sizə təqdim edir:

MAYONEZ MASKASI

Saç parıldatmaq üçün ən çox müraciət edilən üsullardan biri də saça mayonez sürtməkdir. İçərisindəki yumurta həm saçı bəsləməkdə, həm də saça parlaqlıq verir. Burada diqqət edilməsi lazım olan bir məqam var ki, o da yağlı saçlara sahib olan şəxslərin bu maska daha düzgün istifadə etmələridir. Düzgün istifadədən məqsəd budur. Yağlı saçlara sahib olan insanlar mayonezi saç dibində sürməməlidir. Çünki bu vəziyyət onsuz da yağlı olan saçın daha da yağlanmasına səbəb olacaqdır. Quru saça sahib insanlar isə, saçlarının bütünlüklə mayonez s bilərlər, mayonez nəmlənmə vəzifəsini də görəcəyindən saçlarınız parlayarkən, nəmə də doymuş olur.

Tətbiqi:

Mayonezi saçlarınıza yaxşı yedirdin və streç film ya da saç ləçəkləri ilə saçınızı bürüyün. 1.5 saat saxlayıb sonra duş ala bilərsiniz. Saçlarınız parlaq və lap yumşaq olacaq.

YUMURTA MASKASI:

Saç baxım maskaları arasında yenə ən çox üstünlük verilən maskalardan biri də yumurtadır. Saçı parladarkən eyni zamanda nəmlənir. Qırılmaları və tökülmələri qarşısını alır. Yumurta ehtiva edən maskaları tez-tez tətbiq edə bilərsiz.

Tətbiqi:

2 ilə 4 yumurta qədər qırın, yumurta miqdarına saç uzunluğuna görə qərar verə bilərsiz. Sonra yumurtanın sarılarını ağından ayırıb, sarıları zeytun yağı ilə qarışdırın. Saçınızı yuduqdan sonra bu qarışığı tətbiq edin. 5-6 dəqiqə gözləyib ilıq su ilə sonra da soyuq su ilə yaxalayın.

QATIQ MASKASI

Qatıq saç uzatma xüsusiyyəti ilə saç baxım maskası olaraq istifadə edilir. Mat mənzərədən şikayətçi olanlar könül rahatlığı ilə tətbiq edə bilərlər.

Tətbiqi:

Qatqı bütün saça tətbiq edin və saçlarınız sarıyın. Yarım saat, daha doğrusu, qatıq qatılaşana qədər saxlayıb saçınızı şampuanlayın və kremləyin.

SİRKƏ MASKASI:

Sirkə üsulu ilə saç parlattmaqda alma sirkəsi daha yaxşı nəticə verir. Saç baxımı üçün digər sirkə növlərinə nisbətən ən uyğunu alma sirkəsidir.

Tətbiqi:

Duşa girib saçlarınızı şampuanlayın və kremləyin. Duşdan çıxmadan əvvəl iki stəkan sirkə bir stəkan su ilə qarışdırıb saçlarınıza masaj edin. 5 dəqiqə sonra soyuq su ilə yaxalayın.

PİVƏ MASKASI:

Pivənin saça parlaqlıq can vermə, saç rəngini açmaq və saç uzatma kimi bir çox müsbət təsiri vardır.

Tətbiqi:

Saçınızı normal bir şəkildə yuyub nəmləndirin, duşdan çıxmadan əvvəl saça pivə töküb masaj edin 5-10 dəqiqə saxladıqdan sonra, saçlarınızı yaxalayın.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 4 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri