Payızda dəriyə qulluq üçün reseptlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 473
Səs ver:
(səs: 1)
Payızda dəriyə qulluq üçün reseptlər
Yuyunmaq üçün su
  • Tələb olunur: 1 çay qaşığı duz, 250 ml su.
  • Hazırlama qaydası: duzu suda əritmək.
  • Tətbiqetmə: Axşamlar bu su ilə yuyunmaq.
Yumşaldıcı maska
  • Tələb olunur: 1 xörək qaşığı marqarin, 1 çay qaşığı kök şirəsi.
  • Hazırlama qaydası: inqrediyentləri yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə. Qatışığı üzə çəkib, 10 dəqiqə saxlamaq. Kağız salfetlə silmək, üzü su ilə yaxalamaq.
Quru dəri üçün yağlı maska
  • Tələb olunur: 100 ml saflaşdırılmamış bitki yağı, 1 çay qaşı-ğı xırdalanmış çobanyastığı ləçəkləri, 1 çay qaşığı bal və 1 çay qaşığı quşarmudu şirəsi.
  • Hazırlama qaydası: yağı su vannasında isitmək, qalan inqrediyentləri əlavə etmək. İçində göz, ağız və burun yerləri açmaqla pambıq hazırlamaq və qatışığa batırmaq.
  • Tətbiqetmə. Maskanı üzə qoymaq və 15 dəqiqə saxlamaq. Qalıqları salfetlə götürmək. Əvvəl ilıq, sonra soyuq su ilə yuyunmaq.
Kalendula kremi
  • Tələb olunur: 1 xörək qaşığı kalendula ləçəyi, 1 xörək qaşığı qarğıdalı yağı, 2 çay qaşığı arı mumu, 1 çay qaşığı qliserin, 10 xörək qaşığı bitki yağı.
  • Hazırlama qaydası: kalendulanın ləçəklərinin üzərinə bitki yağı əlavə edib, 1 həftə qaranlıq yerdə saxlamaq (müntəzəm şəkildə çalxalamaq). Mumu su vannasında əritmək, 2 xörək qaşı-ğı əvvəlcədən hazırlanmış kalendula yağı əlavə etmək. Qarışıq soyumamış içinə qliserin tökmək. Soyuyanadək qarışdırmaq.
  • Tətbiqetmə. Quru dəriyə qulluq üçün kremdən istifadə etmək.
Bananlı maska
  • Tələb olunur: 1 banan, 1 yumurtanın sarısı, 1 xörək qaşığı zeytun yağı.
  • Hazırlama qaydası: bananı təmizləmək, püre şəklində əzmək, yumurtanın sarısını əlavə etmək və yağı süzmək. Yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə. Maskanı masaj xətti üzrə üzə yaxmaq, 10 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Ərikli-yağlı maska
  • Tələb olunur: 2 ərik, 1 xörək qaşığı zeytun yağı.
  • Hazırlama qaydası: əriklərin çəyirdəyini çıxarıb əzmək, yağla qarışdırmaq.
  • Tətbiqetmə. Qarışığı üzə çəkmək, 15 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Multivitaminli maska
  • Tələb olunur: 1 limon, 1 qreyp-frut, 1 portağal, 2 çay qaşığı bal.
  • Hazırlama qaydası: meyvələrin şirəsini çıxarmaq, onu balla qarışdırmaq.
  • Tətbiqetmə. Qarışığı üzə çəkib 10 dəqiqə saxlamaq. İlıq su ilə yumaq.
Qozlu maska
  • Tələb olunur: 3 ədəd qoz ləpəsi, 1 xörək qaşığı kərə yağı, 1 çay qaşığı limon şirəsi.
  • Hazırlama qaydası: qoz ləpələrini xırdalamaq, yağla qatmaq, şirə əlavə etmək. Yaxşıca qarışdırmaq.
  • Tətbiqetmə. Maskanı yatmazdan 2-3 saat əvvəl üzə çəkmək, 15 dəqiqə saxlamaq. Qalıqları kağız salfetlə təmizləmək.

Redakte etdi: PRETTY GİRL

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 4 473
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri