Quru saçlar bir çox qadının ortaq problemidir. Xüsusən fenlərdən və saç boyalarından çox istifadə etdikdə saçlarda quruluq artır. Ancaq təsirli maska ilə siz də saçlarınızı nəmləndirə bilərsiniz.
Tərkibi: - Yarım stəkan noxud unu, - 2 çay qaşığı dəfnə yağı, - 1 çay qaşığı qızılgül yağı, - İlıq su.
Hazırlanması və istifadəsi: Noxud ununun içinə dəfnə yağı əlavə edib, yaxşıca qarışdırın. 1-2 dəqiqə gözlətdikdən sonra qızılgül yağı əlavə edin. Sonra krem qatılığına gələnədək su qatın. Saçınızı bu maska ilə yaxşıca ovun.
Maska saçda 15 dəqiqə qaldıqdan sonra ilıq su ilə yuyun.