Saçlarınızı yuyan zaman bunlara diqqət edin

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 434
Səs ver:
(səs: 1)
Həcmli və parlaq saçlara sahib olmaq istəyirsinizsə, diqqət etməli olduğunuz şeylər var.

Saçlarınızı hər gün yumayın
Saçlarınızı bir gün ara ilə yumağınız ən doğrusudur. Çünki saç dərisində sebum adlı bir yağ var və onun tarazlığını qorumaq üçün hər gün saç yumaqdan əl çəkməlisiniz.

Şampunu saçlarınızda saxlayın
Şampunu saç dərisini, saçlardakı çirki və yağı təmizləməsi üçün 1 dəqiqəyə yaxın saxlamalısınız. Bunun köməkliyi ilə saçlarınız canlı və güclü olacaq.

Lazım olandan artıq şampun istifadə etməyin
Çox şampun istifadə etmək saçlarınızı təmizləməz, əksinə ziyan vura bilər. Ən idealı fındıq dənəsi böyüklüyündə şampun istifadə etməkdir.

Saç kremini saçlarınızın ucuna çəkin
Saçların daha asan açılmasına kömək edən saç kremini təkcə saçların uclarına çəkməlisiniz. Kremi saçlarınızda bir dəqiqə saxlayın. Bol su ilə durulayın.

Saçlarınızı yumşaqca yuyun
Saçlarınızı şampun vurub köpükləndirdikdən sonra masaj edərək yuyun. Əks halda həm saçlarınız ziyan görəcək, həm də bir-birinə qarışacaq və açılması çətin olacaq.

Saçlarınızı ilıq su ilə yaxalayın
İsti su ilə saçları yumaq saç dərisinin qurumasına və saç uclarının qırılmasına səbəb olur. Bu səbəbdən də saçlarınızı yuduğunuz zaman ilıq sudan istifadə edin. Saçlarınızın daha canlı və parlaq olduğunu görəcəksiniz.

Saçlarınızı qurutmazdan qabaq nəmini alın
Saçlarınızı fenlə qurudursunuzsa, əvvəlcə dəsmal ilə nəmini alın. Xüsusilə də ucundakı artıq suyu. Bunun köməkliyi ilə saçlarınız daha sürətli quruyacaq və saç qırılmalarının qarşısı alınmış olacaq.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri