Saçların tez yağlanmaması üçün məsləhətlər

Müəllif: Sweet Candy
Şərhlər: 7
Baxılıb: 848
Səs ver:
(səs: 0)
Kişilərin saçları qısa olduğuna görə hər gün, hətta gün ərzində 2 dəfə belə yuya bilirlər, amma saçların tez yağlanması xüsusilə uzun saç sevən xanımlar üçün böyük bir problemdir.

Saçların tez yağlanmasının qarşısını necə almaq olar?
-Saçların tez yağlanması hər şeydən əvvəl saçlarınızı yuduğunuz su ilə əlaqəlidir.

Süzülmüş ya da qaynadılmış su istifadə etdiyiniz halda saçlarınızın daha uzun müddət təmiz qaldığının şahidi olacaqsınız.

Suyun temperaturu da vacibdir. Saçlarınızı 38 dərəcədən daha isti su ilə yumamalısınız.

-Saça qulluq məhsulları da saçlarınızın yağlı və çirkli görünməsinə səbəb ola bilər. Bu səbəbdən xüsusilə, saç tipiniz kövrək və incədirsə, bu tip məhsullardan uzaq olmağa çalışın.

-Saçlarınızı daradığınız zaman darağın dərinizə dəyməməsinə diqqət edin və gün ərzində saçlarınıza mümkün olduqca az toxunmağa çalışın.

-Saçlarınızı istədiyiniz formaya salmaq üçün saça qulluq məhsulları ilə sabitləmək yerinə təbii görünməsinə icazə verin.

Bu halda səhəri gün saçlarınızın daha təmiz göründüyünün şahidi ola bilər, hətta parlaqlığı ilə fəxr edə bilərsiniz.

-Saçlarımıza forma vermək üçün elektron cihazlar aldığımız zaman əsasən istilik səviyyəsinin yüksəkliyinə görə cihazın yüksək performanslı olduğuna qərar veririk. Halbu ki, yüksək dərəcəli istilik istifadə etdiyimiz zaman yağ bezləri saçları qorumaq üçün hərəkətə keçir və bu da saçların tez yağlanmasına səbəb olur.

150-180 dərəcə arası istilik saça forma vermək üçün kifayətdir. Bu səbəbdən cihazınızın dərəcəsini aşağı salmağı sınayın.

-İstifadə etdiyiniz yastıq üzü saça qulluq məhsullarını, həm dəri, həm də saçdakı yağları özünə çəkir və bakteriyaların yaranmasına şərait yaradaraq, saçlarınızın daha tez yağlanmasına səbəb olur.

Ona görə də istifadə etdiyiniz yastıq üzünü tez-tez dəyişməyiniz məsləhətdir.

(səs: 0)
Şərhlər: 7
Baxılıb: 848
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
yaxsi melumatdir
9 iyul 2019 12:17
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
diablo
Faydali məsləhətlərdi mənim də saçlarim tez yaglanir təşəkkür məlumat üçün
7 iyul 2019 17:48
6
Perfect
Offline
asiklar
BARBI məndə əvvəllər helə olurdu
7 iyul 2019 00:30
5
L
Offline
BARBI
Sacim cox tez yaglsnor.Mende bu tur yaglardan istifade edirem.
7 iyul 2019 00:18
4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
asiklar
Mən əvvəllər çətinlik çəkirdim indi yox.Bir müddət qulluq eydikdəm sonra düzəldi
7 iyul 2019 00:10
3
L
Offline
SeLiN
Maraqli melumat idi.Eger boyuyende sacim yagli olsa bele edecem.
6 iyul 2019 22:28
2
Offline
BakılıQız
Menim saclarim ele tez yaglanirki,eseblesirem. Bir gun yumasam yaglanir,solgun ,cansiz gorunur. Mene faydali xeberdi. Tewekkurler
6 iyul 2019 20:35
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri