Gündə neçə saç teli tökülür?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 10 743
Səs ver:
(səs: 0)

 


Normalda 100-150 telə qədər olan saç tökülməsi, payızda hava dəyişməsi, azalan nəm nisbəti, külək və nizamsız qidalanma kimi faktorlarla daha da arta bilir.
Bu vəziyyətin mövsümlə əlaqəli olduğunu ifadə edən ekspertlər payızda tökülən saçların yerinə, qış aylarında bədənin soyuğa adaptasiya olmasıyla birlikdə yenilərinin çıxacağını söylədi.
Saç tökülməsində genetik faktorların rolu çox əhəmiyyətli olmaqla birlikdə başqa səbəblər də vardır. 
Bunlar; tiroid bezi xəstəlikləri, hamiləlik, menopoz sonrası dövr və diyabet xəstəliyi kimi endokrin xəstəliklər, biotin, dəmir, zülal, sink əksikliyi, kalori məhdudlaşdırıcı pəhrizlər kimi qidalanma pozuqluqları, doğum idarə həbləri, bəzi göbələk dərmanları, yüksək doza A vitamini kimi bəzi dərmanlar, cərrahı əməliyyatlar, xərçəng, qaraciyər xəstəlikləri, infeksiya xəstəlikləri kimi sistemik xəstəliklər, psixoloji stres və boya, perma kimi bir sıra kimyəvi əməliyyatlardır. Bunun xaricində sıx fen çəkilməsi, pis daraqlarla saçların daranması, saçları çox möhkəm yığmaq da saç tökülməsinin səbəbi ola bilər.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 10 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri