Saç təbaşiri necə istifadə edilir? Zərərləri varmı?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 4 129
Səs ver:
(səs: 1)
Saç təbaşiri, saçlarımızı çox qısa müddət içərisində istədiyimiz rəngə etməyimizə yardımçı olan bir növ boyadır. Əslində, satılan quru və ya soft pastel boyaya çox bənzəyir. İstəsəniz internet üzərindən, istəyirsinizsə, kosmetik məhsulları satan mağazalardan ala biləcəyiniz bu boyalar tək-tək və ya 12-li və 24-lü bəndlər halında satılır. Saça istənilən rəngi tezliklə verən və istəniləndə yuyaraq saçın əvvəlki halına qayıtmasını təmin edən bir məhsul olan saç təbaşiri, uzunmüddətli bir rəng buraxmadığı üçün tez-tez üstünlük verilir. Xüsusilə gənc qızlarda daha geniş istifadə edildiyi görülməkdədir. Bəs saç təbaşiri nədir və necə istifadə edilir deyə narahat olursunuzsa Qadinla.com-un bu yazısı tam sizə görədir.

Saç təbaşiri necə istifadə edilir? Zərərləri varmı?

SAÇ TƏBAŞİRİ NECƏ İstifadə Edilir?

Yağsız və istədiyiniz rəngdə təbaşir və ya pastel boya
İlıq su (pulverizator)
Saç düzləşdirici
Dəsmal
Əlcək

TƏTBİQİ

İlk olaraq əlcəkləri əlinizə keçirin. Daha sonra ilıq suyu fıs fıs şüşəsinə doldurun və saçı boyamaq istədiyimiz yeri isladın. Ancaq diqqət etməyiniz lazım olan əhəmiyyətli nöqtə suyun ilıq olmasıdır. Əks halda tutmaya bilər.

İslatdığınız saçın üstünü istədiyiniz rəng təbaşir ilə rəngləyin. Burada diqqət edilməsi lazım olan nöqtə isə rəngin bərabər miqdarda olmasıdır.

Boyama prosesi bitdikdən sonra saçınızın qurumasını gözləyin.

Saçlarınız quruduqdan sonra saç düzləşdirici ilə boyadığınız saçların üstündən aparıb saçı düzləşdirin. Proses bu qədər bəsitdir.



SAÇ TƏBAŞİRİ SAÇA ZƏRƏR VERİR Mİ?

Saç təbaşiri istifadə edənlərdə məhsulun saça müəyyən bir zərər verdiyi görünməmişdir. Ancaq yenə də təmkinli davranmalı və çox tez-tez istifadə etməməyə diqqət edilməlidir. Məhsul kosmetik məhsulları satan mağazalardan asanlıqla sahib olacağınız ekonomik bir məhsuldur.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 4 129
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri