Mükəmməl dəri üçün 9 addım

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 5 270
Səs ver:
(səs: 0)

 

 

Nələrə ehtiyacınız olacaq? 

Nizam, intizam, dəri təmizləyici, töküntülər üçün yumşaq bir fırça, nəmləndirici

1. Yaxşı bir görünüşə sahib olmaq üçün dəri baxımı və təmizliyini nizamlı olaraq etməlisiniz. Bütün modellər photoshopun nemətlərindən faydalanır, heç bir dəri baxımı photoshoplu gözəlliyi təmin etməz amma dərinizin sağlam göründüyünə diqqət yetirin.

2. Dəri baxım məhsulu almadan əvvəl dəri tipinizi öyrənin. Dərinizin quru, yağlı, normal ya da qarışıq olub olmadığını öyrəndikdən sonra sizə uyğun baxım məhsulunu istifadə edə bilərsiniz.

3. Gündə ən az 2 dəfə dəri baxımı etməyə diqqət edinn. İlkinizi səhər və digərini yatmadan əvvəl edə bilərsiniz.

Zamanla dərinizin təmizləndiyini və daha canlı göründüyünü fərq edəcəksiniz.

4. Dərinizdə təmizləyici qalıqları qalmadığından əmin olun. Yaxşı bir dəri təmizləmə məhsulu alın, dərinizə yavaş bir masajla tətbiq edin.

Çirklərin yaxşıca təmizləndiyindən, çox yağların alındığından əmin olun. Daha sonra dərinizi yaxşıca durulayın.

5. Dəri təşkil edicisi hər vaxt T bölgəsi (alın, burun və çənə) yağlı olan cildlər üçün lazımlıdır. Həddindən artıq parlaqlığı nəzarət edilməsini təmin edər.

6. Dəridə tökülmələr donuq bir görünüşə sahib olmanıza səbəb ola bilər.

Bir ya da iki həftədə bir dəri səthinizdəki ölü hüceyrələrinizi təmizləyin.

Titrəşməli yumşaq fırçalar ilə həssas bir şəkildə dərinizi fırçalayın.

7. Nəmləndiricilər dərinizin yumşaq və gənc qalmasını təmin edər. Kiçik qırışıqlıqları və dərinizin qurumasını önləmək üçün dərinizə uyğun nəmləndirici istifadə edə bilərsiniz.

Günəş şüalarından qoruyan SPF ehtiva edən nəmləndiriciləri seçin.

8. Vitaminlər bəslənmənizi təşkil edib sizə enerji verə bilər. Əlavə olaraq dərinizi qoruyan yeməklərlə bəslənin.

Yalnız xırda-xuruş yeyən birisinizsə dəriniz də bundan təbii olaraq təsirlənər. Dərinizə faydalı meyvə və tərəvəzləri gündəlik bəslənmə siyahınıza əlavə edin.

9. Sağlam dəriyə sahib olmanın ən sürətli yolu gündəlik ehtiyacınız olan suyu içmənizdir.

Kafenin, qazlı içki, spirt kimi içkiləri içməyi buraxın və su içməyə başlayın.

Hər vaxt yanınızda avtomobildə, çantanızda ya da masanızda 1 şüşə su saxlayın. Suyun gücünü kiçik hesab etməyin.

Tərcümə və Redaktə etdi: PURE LOVE

(səs: 0)
Şərhlər: 3
Baxılıb: 5 270
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri