Dəri təmizliyinin vacib şərtləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 764
Səs ver:
(səs: 0)

 

Dəri təmizləmə üsulları
Sabun və su ancaq yağlı dərisi olanlar üçün faydalıdır. Digər dəri sahibləri bunlardan qaçmalıdır. Yağlı dərilər yağdan təmizlənməlidir. Makiyajınızı silmək üçün xüsusi sabun ya da təmizləyici istifadə edin. Yaxşı olar ki sabunu özünüz hazırlayasınız. Üzünüzü su və sabunla təmizləyərkən (ya da qarışıq dəriniz varsa, alın, burun və çənənizdəki yağlı bölgəni təmizləyərkən) belə etməyə çalışın: Sabunu ovucunuzda köpürdün, daha sonra barmağınızın ucuyla dərinizi masaj edin. Yumru hərəkətlərlə köpüyü üzünüzə krem kimi çəkin. Bir dəqiqə sonra yuyun. Üzünüzü xüsusi bir təmizləyiciylə daha da yaxşı hala gətirə bilərsiniz. Üzünüzü soyuq su ilə yumaq da tər vəzlərinin bağlanması üçün kifayətdir. Gözəllik üzrə mütəxəssislər gecə yatmazdan əvvəl  makiyajın silməyini məsləhət görür.
Dərinin 24 saatlıq bir nizamı vardır və iki böyümə müddətindən keçir. Birincisi səhərin erkən saatlarında, o biri isə günorta yeməyindən dərhal sonradır. Buna görə gözəlliyinizlə maraqlanmağın ən uyğun vaxtı səhər erkən və günortadan sonradır. Yatağa makiyajlı yatdığınız üçün günahkarlıq hiss etmək istəmirsinizsə, makiyajı silməyi unutmayın.
Suyun zərərli təsiri dərini yuduqda artar, çünki suyun tərkibindəki maddələr dərinin səthindəki qoruyucu yağ örtüyünü yox edər. Sabunun da buna bənzər bir təsiri vardır. Çalışmaq lazımdır ki, süni qatqılı sabunlar olmasın. Sabunlar dərini sərtləşdirir, halbuki dəri üsyankardır və sağlam qalması üçün elə olması lazımdır. Həmçinin dolu su vannası sinirləriniz üçün çox sakitləşdirici olsa da dəri üçün çox zərərlidir. Suda nə qədər uzun zaman qalsanız, dəri bir o qədər su itirəcək, sərtləşib quruyaraq infeksiyalara tutulma riski artacaq. Mümkünsə, duş qəbul edərək təmizlənin. Əgər həkim infeksiyaya qarşı anseptik dərman verməyibsə, özünüz qətiyyən istifadə etməyin. Antiseptik maddələr dəriyə , vajinaya , ağıza zərərlidir. Eyni zamanda, dəridəki bakteriya tarazlığını pozaraq sağlamlığın pozulmasına səbəb olar.

 

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 764
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri