Evdə sınayacağınız 4 təbii saç rəngi açma üsulu

Müəllif: Diablo
Şərhlər: 5
Baxılıb: 4 886
Səs ver:
(səs: 0)
Bir çox xanımların əsas bəzəyi, həssas nöqtələri məhz saçlarıdır. Uzunmüddət istifadə etdiyiniz saç rəngindən sıxılmış ola bilərsiniz. Saçlarınızda dəyişiklik etmək istəsəniz də zərər verməməyə diqqət göstərməlisiniz. Bunun üçün isə kimyəvi maddələrdən uzaq durmalısınız.

Evdə sınaya biləcəyiniz 4 təbii saç açma üsulunu təqdim edirik:
Çobanyastığı çayı – Boya və kimyəvi maddələrdən istifadə etmədən saç rəngi açmağın əsas üsullarından biridir. Bunun üçün bir ovuc qədər çobanyastığı çayını ayırın və 4 su stəkanı su ilə qaynadın.
Qaynatma prosesi bitdikdən sonra 10-15 dəqiqə qədər soyumasını gözləyin. Çay soyuduqdan sonra saçınıza tətbiq edin. Bir müddət günəşdə gözləsəniz təsirini daha sürətli görəcəksiniz.
Limon – İki limonu ortadan ikiyə bölüb, bir qabda saxladığınız suyun içinə sıxın. Əldə etdiyiniz qarışımı saç maskanızın içərisinə əlavə edə bilərsiniz.
Darçın – Saçlar üçün effektivdir. Bir çimdik darçını saç kreminizə əlavə edə bilərsiniz. Saçınıza çəkin, ancaq durulamayın. Saçınızı bağlayıb saxlayın. Ertəsi gün saçlarınızada təbii parlaqlığı hiss edəcəksiniz.
Soda – Saçlarınızın rəngini açmağa kömək edərək eyni anda daha sağlam görünməsinə səbəb olacaq. Şampunlarınızın içərisinə bir az soda əlavə edin və yaxşıca yuyun, təmiz durulayın.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 886
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri