Bunları edərək saç tökülməsinin qarşısını ala bilərsiniz - ASAN ÜSULLAR

Müəllif: my_angel
Şərhlər: 7
Baxılıb: 6 685
Səs ver:
(səs: 1)
Saç tökülməsi həmişə cəmiyyətdə aktual mövzulardan biri olub. ümumiyyətlə, baş dərisində hər bir saçın ömrü 2-6 il olur. Normal halda gündə ən azı 50-100 arasında saç tökülür. Bu, əsasən, yaz, payız aylarında özünü daha çox büruzə verir. Stress (əsəbilik), vitaminsizlik, hamiləlik və və hormonal pozulma saç tökülməsinə səbəb ola bilir.

Saç tökülməsinin əsas səbəbləri stress, ətraf mühitin təsirləri, depressiya, vitaminsizlik, hamiləlik, südvermə dövrü, düzgün qidalanmama və orqanizmdə hər hansı hormon çatışmazlığı ola bilər.

Səbəbləri dəqiqləşdirmək üçün ilk növbədə, mütəxəssisə müraciət etmək lazımdır. Lakin səbəb sizə bəllidirsə, bu problemin öhdəsindən evdə də gələ bilərsiniz.

Sink
Saç köklərini oyandıraraq hüceyrələrin yenilənmə prosesini aktivləşdirən mineralların başında sink gəlir. Xüsusilə, badam sink baxımından olduqca zəngindir. Əgər tökülmə ciddi metabolizm xəstəliyindən qaynaqlanmırsa, gündə bir ovuc badam, fıstıq, fındıq, qoz yemək sink ehtiyacınızı qarşılayacaq və saçlarınızı bərpa edəcək.

Yumaq
Saçı hər gün yumaq ziyandır. 2-3 gündən-bir ph dəyəri 5,5 olan şampunlardan istifadəyə diqqət edin.

Sarımsaq yağı
Cansız saçları gücləndirib daha gur olmasına kömək edir. Sarımsaq yağından saç tökülməsi qarşı maska olaraq istifadə edə bilərsiniz.

Küncüt yağı
Həm saç tökülməsini durdurmaq, həm də saçların sürətli uzanmasını təmin etmək üçün küncüt yağından faydalana bilərsiniz. Həqiqətən də, davamlı olaraq istifadə etsəniz, saçlarınızın hər zaman olduğundan daha qısa vaxt ərzində uzandığını görəcəksiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 6 685
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri