Saç tökülməsi, stres, yalnış məhsul istifadəsi və ya irsi səbəblərdən bir çox insanı narahat edir. Ancaq saç tökülməsinin qarşısını alan təbii məhsullar axtarırsınızsa, qara bibər yağını sınayın. Antibakterial xüsusiyyətə malik olduğu üçün saç dərinizdə olan xəstəliklər üçün əla vasitədir. Tərkibində C vitamini olduğundan saç tökülmələri və saç seyrəkliyi üçün təsirli vasitədir
Kəpək Bir çox səbəbdən kəpək probleminiz varsa, qara bibər yağı sizə kömək edə bilər. Qara bibər yağı, qabıqlı saç dərisini təmizləyən və baş dərisində yığılmış ölü dəri hüceyrələri təmizləyən vasitədir. Yalnız bir az təmiz qara bibər yağı götürün və üzərinə qara bibər əlavə edin. Saçınıza dibdən uclarına doğru tətbiq edin və ən azı bir saat saxlayın. Saçlarınızı soyuq su ilə yuyun.
Saçların vaxtından əvvəl ağarması Erkən ağarmanı önləmək üçün qarabibər yağı istifadə edə bilərsiniz, çünki vacib antioksidan mənbəyidir. Başqa bir yol 1 çay qaşığı qara bibər tozu və 3 xörək qaşığı kəsmik ilə qarışdırıb yaxşıca masaj edərək saç dərinizə tətbiq etməkdir.Bir saat saxlayın və şampunla yuyun. Kəsmik nəmlik qatır və bibərdəki antioksidanlar saçların ağarmasının qarşısını alır.
Saç uzanması Zeytun yağı və qara bibər tozunu qarışdırın və saçlarınıza masaj edin. Qarışıq mükəmməldir, çünki yağ infeksiyalarla mübarizə aparacaq və saç uzanmasını sürətləndirəcəkdir. Bir çay qaşığı qara bibər tozu və 2 xörək qaşığı zeytun yağını qarışdırın və 2 həftə saxlayın. 2 həftədən sonra əldə etdiyiniz yağ qarışığını saçlarınıza masaj edərək tətbiq edin. Yarım saat gözlədin və sonra saçınızı soyuq su ilə yuyun.