Təbii Dəri Baxımı Üçün Qızıl Təkliflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 268
Səs ver:
(səs: 0)

 

 

 1.Gülümsəyin. Dərinizi gözəlləşdirmənin ən vacib yoludur.

2.Günəşə qarşı qoruyucu məhsullar istifadə edin.
3.Siqaret tüstüsündən özünüzü qoruyun.
4.Küləkli və soyuq havalarda dərinizi nəmləndirin.

5.Dərinizi ayda bir dəfə dərininə təmizləyin.
6.Gündə 8 stəkan su için.
7.Dəri tipinizə görə dəstəkləyici vitamin istifadə edin. E Vitamini dərinin ən yaxşı dostudur.
8.Müsbət düşünün.
9.Hər gün üz əzələlərinizi işlədəcək məşq edin.
10.Bütün qida qruplarından kafi miqdarda istifadə edin.
Dərinizi möhkəmləşdirmək, parlaqlıq qazandırmaq, gozaltindaki tünd halqalardan xilas olmaq, yumşaq bir dəriyə sahib olmaq ücün təbii yollardan təcrübə edə bilərsiniz.

Çay: Səhər və axşam üzünüzü ilıq dəmlənmiş çayla yusanız dəriniz möhkəmləşər. Bol su ilə durulamağı unutmayın!
Göz qapaqlarındakı şişliyi aradan götürmək üçün dəmlənmiş bir paket qara ya da yaşıl çayı gözlərinizin üzərində gözlədə bilərsiniz.
Əncir: Gözaltindaki tünd halqaları aradan qaldırmaq üçün tətbiq edə biləcəyiniz ən təsirli gözəllik üsulu əncir. Təzə ənciri ortadan ikiyə bölüb tünd halqaların üzərinə yerləşdirin. 10 dəqiqə gözləyib əncirləri alın. Təzə dəmlənmiş cökə çayına bir parça pambıq batırıb dərinizi təmizləyin.
Bal: Təbii gözəlliyin ən böyük dəstəkçisi baldır. Saçlar, sızanaqlar, bədən üçün olduqca təsirli təbii bir kosmetikdir. Dərinizdə yumşaqlıq və parlaqlıq istəyirsinizsə 1 şorba qaşığı balı, rəndələnilmiş 1 ədəd banan və almanı qarışdırın. Göz ətrafı həssas olduğu üçün bu bölgəyə gəlməyəcək şəkildə bal maskasını üzünüzə sürtün. 15 dəqiqə gözlədikdən sonra üzünüzü ilıq su ilə durulayın.

 

Tərcümə etdi: Shokki_Mokki

Redakte etdi: PRETTY GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 268
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri