Quru saçlara qulluq

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 888
Səs ver:
(səs: 1)

 

Qaşınan saç dibləri bəzən yalnız rahatınızı pozmaqla qalmaz; paltarların üzərində özünü göstərdiyi zaman utanmanıza da səbəb olar. Kiçik ağ bir obyekt olan kəpək, həddindən artıq günəş, şampun istifadəsi, qurutma maşını səbəbiylə meydana gələ bilər. Kəpək, hər ay dərinin tökülməsi şəklində özünü göstərər.

İstər stress, istər hava şərtləri ya da genetik faktorlardan qaynaqlansın; davamlı qaşınan saç dibləri saçlarınıza yağlı bir görünüş qazandıra bilər.
Saç dərisi tərəfindən ifraz olunan və ‘sebum' adı verilən təbii yağ, saçınızı yuduğunuzda su itkisini önləmək məqsədiylə daha çox çıxarılar. Bu səbəblə saç nə qədər sıx yuyunsa o qədər tez yağlanar. Sağlam saçlar və saç dərisi üçün ən çox iki gündə bir sıxlıqda yuyunmalıdır. Saç maskaları da quru saçlar üçün keçici həll təmin edə bilər.
Badam, avokado və zeytunyağı bal ilə qarışdırılaraq saça tətbiq olunduğunda nəmin qorunmasında faydalı ola bilər. Ayrıca yumurta sarılarını qarışdırmaq kəpəyə və saçlara yaxşı gəlir. Hətta bəziləri saçlarını canlandırmaq üçün mayonez istifadə etməni seçər.
Kəpək bəzən dəridə ibarət yaranan bir göbələk səbəbiylə sarı rəngli ola bilər.
Bu töküntülər ayın yalnız bir həftəsi davam edə biləcəyi kimi 21 gün boyunca da görülə bilər. Kəpək meydana gəlməsini maneə törədən şampunlar və losyonlar olsa da, təbii müalicə yolları da olduqca təsirlidir.
Quru saçlardan xilas olub kəpək meydana gəlməsini maneə törətmək üçün sizlər üçün çox asan bir tərifimiz var:
2 yemək qaşığı misir unu
1/2 fincan üzüm nüvəsi yağı
1 yemək qaşığı alma sirkəsini hazırlayın..
Bu üç maddəni qarışdıraraq ilıq su ilə saçlarınızı yuduqdan sonra tətbiq edin.
Barmaq uclarınızı istifadə edərək masaj edin və yaxşıca yayılmasını təmin edin. Başınıza bir başlıq keçirərək 30 dəqiqə gözlədin. Ardından hər vaxt istifadə etdiyiniz şampununuzla yuyun və normal saç baxımınızı edin.
Saçlarınıza sağlam bir görünüş qazandırmaq üçün evdə hazırlayacağınız qarışıqlardan əvvəl isə balanslı bəslənməyə əhəmiyyət verməlisiniz.
Paylarınızda yediyiniz qidalar təbii ‘sebum' istehsalını tarazlıqda tutacaq və hər hansı bir əlavə məhsul ya da qarışıq istifadə etmədən sağlam saçlara qovuşacaqsınız.
Tərcümə  etdi: PURE LOVE

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 888
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri