Saçımızı düzgün qurudaq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 6 284
Səs ver:
(səs: 8)
Saçları yandırmadan qurutmaq üçün bir neçə məsləhət.

Ulduzlar demək olar ki hər gün saçlarını fenlə qaydaya salırlar. Bəs onlar saçlarını fenin isti təsirindən necə qoruyurlar? Real həyatda biz də fendən tez-tez istifadə edirik. Lakin bunu düzgün edirikmi?

  • Saçı sulu-sulu qurutmaq olmaz, çünki onları bu halda zədələmək mümkündür. Onların biraz qurumasını gözləyin.
  • Saçlar bir balaca nəm olmalıdr. Onları yavaşca dəsmal ilə qurulayın. Saçları möhkəm burub sıxmaq olmaz. Bu halda onların hərəsi bir tərəfə baxacaq və səliqəli olmayacaq.
  • Əgər məqsəd saçı qaydaya salmaq yox, sadəcə qurutmaqdırsa o zaman fenin soyuq hava funksiyasından istifadə edin.
  • Saçların tez daranmasını təmin edən vasitələrdən mümkün qədər az istifadə edin. Mus və qeldən istifadə edərkən baş dərinizə toxunmamasına diqqət yetirin. Bu qaşınma və digər problemlərə yol aça bilər. Saçları fenlə qaydaya salmaq üçün xüsusi termoqoruyucu vasitələrdən istifadə edin.
  • Saçınıza forma vermək üçün ilk öncə saçınızı bir neçə sektora bölün (gözəllik salonlarında edildiyi kimi) və saçları başın önündən qurutmağa başlayın, çünki öndə olan saçlar daha tez quruyur.
  • Bu məqsədlə yumru daraqdan istifadə edin.
  • İsti havanı saçın dibindən ucuna doğru yönəldin, bu halda saçlarınız daha sığallı qalacaq.
  • Unutmayın ki, feni saçınızdan ən az 10-15 sm aralı tutmalısınız. Əks halda saçlarınız yanacaq və parıltısını itirəcəkdir.
  • Və  təbii ki, istifadə etdiyiniz fen keyfiyyətli və əllərinizn yorulmaması üçün yüngül olmalıdır. Saçınızın daima səliqəli və sağlam qalması üçün onları qurudarkən istilik 57 C dərəcədən çox olmamasına diqqət yetirin. Bunu isə infraqırmızı sensorla təchiz olunmuş fenlərdə izləmək mümkündür. Bu sistem vasitəsilə fen lazımi istilik həddinə çatanda temperaturunu avtomatik olaraq tənzimləməyə başlayır.


(səs: 8)
Şərhlər: 2
Baxılıb: 6 284
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri