Parlaq saçlara qovuşmaq üçün...

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 2173
Paylaş:
Səs ver:
(səs: 1)

 Bəzən mövsümü dəyişikliklər, stress, sıx rənglənilən saçlar kimi faktorlardan ötəri saçlarda quruluq, cansızlıq və matlıq meydana gələr. Tamamilə təbii düsturlarla saçlarınıza parlaq bir görünüş qazandırmanız üçün əslində edəcəyiniz əməliyyat olduqca sadə amma təsirli...

Hər evin mətbəxin də tapıla biləcək vəsaitlər ilə tətbiq oluna biləcək parlaq saçlar üçün lazımlı düsturları sizlər üçün paylaşırıq;
- İsti Yağ Müalicəsi
Qurumuş və köhnəlmiş saçları ən yaxşı canlandırma üsulu zeytunyağı müalicəsidir. Saçlarınıza parlaqlıq vermək və bəsləmək üçün 2 yemək qaşığı zeytunyağını istilədin. Bunu yavaş yavaş bütün saç dərinizə yedirin. İsti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra bir türban kimi başınıza sarın. Dəsmal soyuyarkən bu əməliyyatı iki və ya üç dəfə təkrarlayaraq, başın yağı yaxşıca əmməsini təmin edin. Sonra saçlarınızı yuyaraq, yaxşıca durulayın.
- Hintyağı Müalicəsi
Yarım çay fincanı hintyağını istilətdikdən sonra baş dərinizi ovarak saçınızın yağı əmməsini təmin edin. Yavaş yavaş darayacağınız saçlarınızı qaynar suya basdırıb sıxdığınız dəsmalla sarın. Bu əməliyyatı etdikdən sonra yarım saat qədər gözləyib şampunla yuyun. Bu müalicə, çox incə, tez qırılan, quru saçlara yaxşı gəlir.
- Zeytunyağı və Bal Müalicəsi
Yarım çay fincanı yaşıl zeytunyağıyla bir çay fincanı süzmə balı qarışdırın. Bu mayeni yaxşıca yelləyib çalxalayın və bir neçə gün istirahət etməyə buraxın. Daha sonra bu qarışığı baş dərinizə ovarak və darayaraq yedirin. Ancaq bu əməliyyatı edərkən darağın dişlərinin baş dərinizə batmamasına diqqət edin. Başınıza bir neylon torba keçirərək, başın istiliyini mühafizə etməyi təmin edin. Qarışığı başınızda yarım saat gözlətdikdən sonra, saçlarınızı bol suyla durulayın. Bu əməliyyat, tünd rəng saçların işıltılı bir götürüb parlamasını təmin edər.
- Zülal Müalicəsi
Yumurta ilə ediləcək zülal müalicəsi az qala hər növ saç üçün uyğundur. İki yumurtanı çırpın və içinə yavaş yavaş bir şorba qaşığı zeytunyağı, bir şorba qaşığı qliserin, bir şorba qaşığı sirkə, mümkünsə alma sirkəsi əlavə edin. Saçınızı bir dəfə şampunlaydıqdan sonra saçlarınıza bu qarışığı sürüb 15-20 dəqiqə gözləyin. Saçlarınızı yaxşıca durulaydıqdan sonra saçlarınızın çox qısa müddətdə canlandığını fərq edəcəksiniz.
- Kakao Yağı Müalicəsi
Tünd rəng saçlı kəslərin tətbiq edə biləcəyi bir başqa baxım üsulu isə aşağıda izah edilən bu qarışıqdır. İçində su qaynayan genişcə bir qazanın içinə daha kiçik bir kabı oturdun. Yarım çay fincanı günəbaxan yağını, 1 yemək  qaşığı kakao yağını, 1 yemək qaşığı susuz lanolini bu ikinci qabın içində əridin. Bütün bu yağlayar əriyincə, qabı qaynar suyun içindən alın və qarışığı yaxşıca çırpın. Bu qarışıqdan 1 şorba qaşığı qədərini al/götürərək buna 1 şorba qaşığı su qatın, yaxşıca qarışdırın. Bu mayeni ovarak başınıza sürün və bu vəziyyətdə 15 dəqiqə ilə yarım saat arasında gözləyin. Ardından saçınızı yuyub durulayın. Bu müalicə tünd rəng saçlara yeni bir canlılıq və parlaqlıq verər.
- Mayonez Müalicəsi
Quru saçların ən böyük ehtiyacı saç dərisinin tıxanmış olmasından ötəri qaynaqlanan yağ əskikliyidir. Bu açığı aradan qaldırmaq üçün mayonez müalicəsi mütəxəssislər tərəfindən təklif edilən bir baxım növüdür. Bir yumurtanı, 1 yemək qaşığı sirkəni, 2 yemək qaşığı bitki mənşəli yağı, işə qoyulmadan dərhal əvvəl qarışdıraraq çırpın. Bu qarışığı baş dərinizə ovarak yaxşıca içirin. Ardından saçlarınızı darayaraq bütün qarışığın saçlarınıza bərabər yayılmasını təmin edin. 15 dəqiqə belə gözlədikdən sonra saçlarınızı yuyaraq durulayın. Bu müalicə baş dərisinə nəm qazandırılmasına kömək edər, quru saçın yağla bəslənməsini təmin edər.
Tərcümə etdi: PURE LOVE



loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2173
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv