Baharda parıltılı saçlara sahib olun

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 234
Səs ver:
(səs: 4)
Bütün bir qış boyunca əgər saçlarınıza xüsusi bir diqqət göstərmədinizsə, indi onların qurumuş və cansız olduqlarını yəqin hiss edirsiniz. Bu səbəblə bahar ayları saçlarınız üçün bayram havasında keçməlidir. Çünki əgər onları gücləndirəcək və canlandıracaq düsturları tapa bilməsəniz, yazın qovurucu günəşi saçlarınızı daha da içindən çıxılmaz problemlərlə qarşı-qarşıya qoyacaqdır.

Əlavə baxımlarla saçlarınızı problemlərdən uzaqlaşdırmaq üçün qarşınızda 3 aylıq bir bahar fəsli var. Yaxşı, əvvəlcə nə etməliyik? Unutmayın ki, saçlarınızın da dəriniz kimi yenidən canlanmağa ehtiyacı vardır. Saçlarınız keçirdikləri proseslər qarşısında zəifləyir, uzunluğunda və uclarında qırılmalar olur. Artıq saçlarınız qırılmağa daha da çox meyillidirlər. Bunun nəticəsində isə elastiklik və gözəlliklərini itirərlər.

Saçlar uzandıqca cansızlaşma nisbətləri artar. Qırılmalar saçların uclarından başlayaraq uzunluq boyunca davam edər. Bu cür problemlə qarşılaşdığınız zaman ilk iş olaraq bir saç ustasına müraciət edib, saçlarınızdakı qırıqları götüzdürməli və lazım gələrsə saçınızın uzunluğunu sağlam hissələrinə qədər kəsdirməlisiniz. Daha ətraflı və professional bir kömək üçün saç baxım mərkəzlərinə (professional saç ustalarına) müraciət edə bilərsiniz. Saç uzunluğunuzu qısaltdırdıqdan sonra onları bir müddət həddindən artıq fen istiliyindən qorumağa çalışın. Saçınız canlanana və yaranmış problemlər həll olana kimi saç növünüzə uyğun saç baxım məhsulları istifadə etməyiniz vacibdir.

/Mənbə: Qadınlar.biz/
(səs: 4)
Şərhlər: 2
Baxılıb: 3 234
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri