Jennifer Lopezin Saç Stilistindən məsləhətlər!

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 4 926
Səs ver:
(səs: 6)
Jennifer Lopez, yalnız mükəmməl görünüşü ilə deyil, sağlam saçları ilə də məşhurdur. Həcmli dalğalarla saçlarına forma verən Latın ulduzunun sirlərini stilistindən öyrənək.
Hər kəsə yaraşan bu saç modeli eyni ilə makiyaj kimi üz tipinə görə dəyişir. Məsələn üzünüz yumru və almacıq sümüklərinizin önə çəkməyə ehtiyacınız varsa, saçınızın təpə qisminə -bu sahəyə tac bölgəsi deyilir- həcm verin. 
Barmaqlarınızla burada ki, telləri qaldırın. Üzünüz uzun və incədirsə, yanağınıza düşən telləri qabarıq edin.
Bu saç modelinə qovuşmağın ən qısa yolu klassik bigudilərdir.  
Saçınız yüngül nəmli ikən saçlarınızı səliqəli şəkioldə ayıraraq bigudilərlə burun. Saş quruducu ilə  saçlarınızı tamamilə qurudub gözləyin. Bunu gecə etsəniz, səhərə istədiyiniz nəticəni əldə edəcəksiniz.
Saçlarınız çox incə və düzdürsə, saçlarınızı yığmadan əvvəl köpükdən istifadə edə bilərsiniz. Jeleni qətiliklə seçməyin. Hər vaxt istifadə etdiyiniz duş sonrası şəkilləndirici kremlərlə də saçlarınıza qalıcı təsir təmin edə bilərsiniz.
Əgər saçlarınız anadangəlmə dalğalıdırsa, fırça uclu qurutma və şəkilləndirmə məhsullarını istifadə edə bilərsiniz. Saçlarınız iri dalğalıdırsa, açıq havada saçlarınızı özbaşına qurudun.  
 Bu il xüsusi ilə ortadan ayrılmış saçları görürük. Amma siz saçlarınızı yana alıb tək tərəfli də yığa bilərsiniz.
Bu saç modelini çox bağlı geyimlərlə seçməyin.
/Mənbə: Qadınlar.biz/
(səs: 6)
Şərhlər: 2
Baxılıb: 4 926
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri