Dəriniz üçün zamanı dondurun!

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 2 366
Səs ver:
(səs: 2)
Xüsusilə 30- lu yaşlarda həm ev, həm iş həyatındakı tələsiklik sizi stressə salmağa başlaya bilər. Dərinizin bu stressdən təsirlənməsini istəmirsinizsə, izləyəcəyiniz sadə bir təkrarlanan ilə qırışıqlara  və sallanmalara maneə ola bilərsiniz.
Sizin üçün hazırladığımız, gündəlik bir vərdiş halına gətirməniz lazım olan siyahı…

 Günəşdən qorunun

Yaşınız irəlilədikcə dəriniz özünü yeniləməkdə çətinlik çəkə bilər, bu da qırışıqlara gətirib çıxarar. Günəş şüaları isə bu vəziyyəti daha da çətin bir hala gətirər. Dərinizin sağlamlığı üçün günəşə çıxmadan mütləq yüksək faktorlu bir krem istifadə edin.

 Bol su üçün

Su, dəriniz üçün ən faydalı dərmandır. Dərinizdəki məsamələrə zərər verən bir çox iç və xarici faktor var və bu zərərlərdən qorunmanın və müalicə etmənin ən təsirli yolu su içməkdir. Bununla birlikdə məsamələriniz üçün yaxşı bir tonik istifadə etmənizi də tövsiyə edərik.

 Kifayət qədər istirahət edin

Sağlam bir yuxu nizamına sahib olun. Bədəniniz yorğun düşdüyündə, dərinizdə yorğun düşər və mənfi təsirlər doğurar. Xüsusi ilə gözaltı torbalarına maneə törətmək üçün kifayət qədər istirahət etməyə diqqət edin.

Pozitiv olun

Xoşbəxtlik demək sağlam bir dəri deməkdir. Qaşlarınızı çataraq  dərinizdə xəttlər meydana gətirməsinə icazə verməyin. Sıx və stressli həyatınızdan uzaqlaşmaq üçün mütləq özünüzə zaman ayırın.

/Mənbə: Qadınlar.Biz/
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 366
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri