Soyuducuda gözəllik var

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 15863
Paylaş:
Səs ver:
(səs: 9)
Gündəlik həyatımızda imtina edə bilmədiyimiz bütün bu qidanlar eyni zamanda bir gözəllik iksiri olduğunu bilirsiniz? Əgər gözəlliyinizə düşkünsünüzsə və dəri baxımınıza əhəmiyyət verirsinizsə, o zaman tək etməniz lazım olan soyuducunu açmaq və bu dəfə yediklərinizi gözəlliyiniz üçün istifadə etməkdir!

1)
Bu maska üçün ehtiyacınız olan vəsaitlər: 3 yemək qaşığı bal, 1 yumurta ağı və bir miqdar buğda unudur. Yumurta ağını qar kimi olana qədər çırpın və içinə balı əlavə edin. Əgər əldə etdiyiniz qarışıq çox axıcıdırsa bir az istilədin. Daha sonra bu qarışığ bir püre halına gələnə qədər un əlavə edin. Maskanı üzünüzə fırça ilə sürtün. Təsir göstərməsi üçün 30 dəqiqə gözləyin. Daha sonra ilıq suyla yaxalayın.

2)
Qatıqdan hazırlayacağınız maska dərinizin təzə və təmiz bir görünüş qazanmasına köməkçi olacaq.
2 xörək qaşığı qatıq, 1 çay qaşığı bal, 1 çay qaşığı limon suyunu qarışdırın, üzünüzə sürtün və 20 dəqiqə təsir etməsini gözləyin. Daha sonra üzünüzü 1 litr suyun içinə sıxdığınız 1 ədəd limonla hazırladığınız suyla yuyun.

3) Saçlarınızda ballı, bananlı baxıma nə deyərsiniz? Bananlı saç baxımı üçün bir bananı püre halına gətirin və 1 xörək qaşığı balı içinə əlavə edin. Banan və bal qarışığını krem halı əldə edənə qədər qarışdırın. Daha sonra saçlarınızı isti suyla isladın və qarışığı saçlarınıza və saç dərinizə yaxşıca yedizdirin. Bir plastik broşla saçlarınızı yığın və dəsmalla bağlayın. İstilik bu müalicənin saçlara daha dərin bir şəkildə təsir etməsini təmin edəcək. 20 dəqiqədən sonra saçlarınızı yaxşıca yaxalayın və hər zamanki kimi şampunla yuyun. Müalicənin sonunda saçlarınızın dolğunlaşdığını və sağlam bir görünüşə qovuşduğunu fərq edəcəksiniz.

4) 1 ədəd xiyarı rəndələyin, dekoltə qisiminə və sinələrinizə sürtün. Nəmli və isti bir dəsmalı üzərinə qoyun və 20 dəqiqə gözlədin. Rəndələnilmiş xiyarları dəsmalla təmizləyin amma yaxalamayın. Dərini sakitləşdirər və kifayət qədər nəmlənməsini təmin edər.

5)
Bir limonun suyunu suyla qarışdırın və bir qaba boşaldın. Barmaq uclarınızı təxminən 5 dəqiqə ərzində içində gözlədin. Sarı ləkələrin itdiyini görəcəksiniz.

/Mənbə:Qadınlar.biz/





loading...
(səs: 9)
Şərhlər:
Baxılıb: 15863
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv