Niyə çox tərləyirəm?

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 11 534
Səs ver:
(səs: 2)
Əvvəla tərləmək, bədənin istiliyini təşkil etmək üçün etdiyi bir hərəkətdir. Məşq etdiyimizdə və ya isti havalarda bədən istiləndiyi üçün, tərləmə soyumağı təmin edən bir yoldur. Müəyyən bir stress altında olduğumuzda da, eyni şəkildə tərləmə olar. Həddindən artıq tərləmənin isə çox görünən bəzi səbəbləri vardır.
Hormonal dəyişmələr: Yetkinlik, PMS, hamiləlik və menopoz kimi bütün hormonal dəyişikliklər, tərləmədə artıma səbəb olar. Bəzi qadınlar səhər oyandığında bütün gecəliyini və çarşafını isladacaq qədər tərləmə yaşar. Önləmək üçün pambıqlı paltarlar geyin, bol su üçün.

Yedikləriniz: Yedikləriniz tərləmənizə təsir edər. Xüsusi ilə bibər və zəncəfil kimi ədviyyatlar, bədəni istilədər və bədən soyumaq üçün tərlər. Eyni şəkildə yağlı qida, ağır xəmir işləri, turşulu içkilər kimi qidaları həzm etmək üçün bədən çox efor xərclədiyindən yenə tərləmə meydana gələr.
Stress: İmtahan, əhəmiyyətli bir yığıncaq,  çox insan qarşısında danışma və ya gərginlik kimi stress yaradan vəziyyətlər həddindən artıq tərləməyə səbəb ola bilər. Kövrək vəziyyətiniz tərləmənizə təsir edər. Əgər tərləmənizlə stress arasında bir əlaqə tapsanız, stress azaldan yollar yoxlayın.

Tibbi vəziyyətlər: Həddindən artıq tərləmə bəzən ciddi bir tibbi problemin əlaməti ola bilər. Viral və bakteriyel infeksiyalar ilə birlikdə həddindən artıq aktiv tiroid bezi, diyabet, ürək və ağciyər xəstəlikləri ümumiyyətlə həddindən artıq tərləmə ilə təsbit edilməkdədir.

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 0
Baxılıb: 11 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri