Gözəl ayaqların sirri

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 541
Səs ver:
(səs: 2)
Badam yağı
Hər duşdan sonra ayaqlarınıza badam yağı ilə masaj edə bilərsiniz. Beləliklə təbii bir şəkildə ayaqlarınızın dərininə nəmlilik qazandıra bilərsiniz. Badam yağı dərinizi nəmləndirməklə qalmaz, eyni zamanda yorğun ayaqlarınızın ağrısını yüngülləşdirməyə və ayaqlarınızın şişliyini azaltmağa köməkçi olar.

 

Alma sirkəsi
Ayaqlarınızda varisli bir görünüş varsa, bu istənməyən görünüşün önünə keçə bilərsiniz. Bir bez parçasını bir miqdar alma sirkəsiylə isladıb, varisli damarların çox olduğu bölgənin ətrafına bağlaya bilərsiniz. Ayaqlarınızı yuxarı qaldırıb bir saat boyunca istirahət etməlisiniz. Beləcə ayaqlarınızdakı qan dövranınızı sürətləndirmiş olarsınız. Ardından ilıq bir suyla duş ala bilərsiniz.

 

Fırçalı masaj
Sərt tüklü bir fırça alıb, masaj edər kimi, ayaqlarınızdan başlayaraq yuxarıya doğru bütün qıçlarınızı fırçalamalısınız. Xüsusilə selülitə meylli bölgələrə daha çox edə bilərsiniz. Bu əməliyyat, qan dövranını artıraraq, selülit görünüşünün də azalmasını təmin edər.

 

Xiyar
Hər gün bir xiyar yemək, ayaq biləyi və baldırlardakı şişliyi azaltmağa kömək edər. Ayrıca yüngül dərəcədə sidik buraxan təsiri olduğundan bədəndəki toksinlərin atılmasını təmin edər. Təbii, ləzzətli və qida dəyəri yüksək xiyar, dəri baxımı müalicəsinə də möhtəşəm bir kömək təmin edər.

/Mənbə: Qadınlar.biz/
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 541
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri