Saçlarınız tökülməsin!

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1956
Paylaş:
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1315221398-656.jpg

Tez-tez eşitdiyimiz şikayətlərdən biri də saç tökülməsidir.
Bunun təbii proses olduğunu bilsək də, bir çox xəstəliklər də saç tökülməsinə səbəb olur. Qanazlığı, qalxanvarı vəzi, toxuma xəstəlikləri saç tökülməsində mühüm rol oynayır. Dəridə müşahidə etdiyimiz bir çox xəstəliklər də saçın tökülməsinə gətirib çıxara bilər. Saçın tökülməsinə təsir edən amillərdən biri də saça düzgün qulluq etməməkdir. Təbii ki, burada saçlara vurulan kimyəvi maddələrin də (məsələn, saç rəngi kimi) rolu az deyil.

Günahkar yalnız hormonlar deyil...

Kişilərdə saçların tökülməsinə əsas səbəb hormonlardır. Ancaq hamıda hormonlar eyni olmasına baxmayaraq, bu proses eyni şəkildə baş vermir. Saçların tökülməsinə hormonların (bunu başqa cür reserptorlar da adlandırırlar) təsiri son 20 illik tədqiqatların nəticəsidir. Ancaq bu sahədə tədqiqatlar davam etdiyi üçün hələlik bundan artıq bir şey demək çətindir.

Uzunömürlü saçlar üçün...

Mütəxəssislər saçların uzunömürlü olması üçün aşağıdakıları məsləhət görürlər:
Saçınızı yaş-yaş daramayın.
Metal daraqlardan az istifadə edin.
Saçları çox yüksək temperaturda qurutmayın.
Əvvəlcə saçı dəsmalla qurulayıb sonra saçqurudan maşından istifadə edin (təbii ki, aşağı temperaturdan başlamaq şərti ilə).
Hər saça bu saçın xüsusiyyətlərinə uyğun qulluq edin.

Diqqət, diqqət...

Gündəlik gördüyümüz bəzi işlər də saçların ziyan görməsində mühüm rol oynayır. Və bütün bunlar tədricən saçların codlaşmasına və parlaqlığını itirməsinə gətirib çıxarır. Bunlar əsasən aşağıdakıladır:
Sürtünmə (saçlar gecə yastığa sürtündükdə də ziyan görür),
Sancaq taxmaq,
Saçları düz daramamaq,
Saç rəngindən və müxtəlif kimyəvi maddələrdən istifadə etmək,
Saçlara uyğun olmayan təmizlik maddələrindən istifadə etmək.


loading...
(səs: 3)
Şərhlər:
Baxılıb: 1956
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv